Vaşinqton Budapeştə Rusiya neftini almağa yenə icazə verdi Müddət uzadıldı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
ABŞ Macarıstanın Rusiya neftini almaq imkanını təmin edən sanksiya istisnasının müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi Macarıstanın MOL şirkətinə Rusiya neftini almağa imkan verən sanksiya istisnasının müddətini 2027-ci il martın 19-dək uzadıb.
İcazə MOL şirkətinin “Lukoyl” və Litasco ilə əməliyyatlarına şamil olunur. Bu əməliyyatlar “Drujba” boru kəməri vasitəsilə tədarük edilməklə spot bazardan neft alınmasını, eləcə də mövcud müqavilələrin icrasını əhatə edir.
Qeyd edək ki, əvvəlki razılaşmanın müddəti noyabrın 21-də başa çatırdı. Sənədə əsasən, sözügedən əməliyyatlarda ABŞ-ın fiziki və hüquqi şəxsləri, eləcə də Amerika maliyyə sisteminin xidmətləri iştirak etməməlidir. Həmçinin bu əməliyyatlar sanksiya tətbiq edilmiş digər şəxslərə fayda verməməlidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Noyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















