Icma.az
close
up
RU
Vaşinqton görüşü: Prezident İlham Əliyevin diplomatik zəfəri və Cənubi Qafqazda yeni beynəlxalq hüquq reallıqları ŞƏRH

Vaşinqton görüşü: Prezident İlham Əliyevin diplomatik zəfəri və Cənubi Qafqazda yeni beynəlxalq hüquq reallıqları ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalacaq. Onilliklərdir davam edən Azərbaycan - Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Beynəlxalq hüquqda sülh prosesi yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi iradə ilə təmin edilir. İlham Əliyevin liderliyi bu mənada “proaktiv diplomatiya” nümunəsi oldu. O, 44 günlük müharibə ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu icra etdi, ardınca isə sülh masasında bu qələbəni "jus cogens" prinsipləri ilə möhkəmləndirdi. ABŞ Prezidenti Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir” bəyanatı təkcə diplomatik kompliment deyil, həm də liderin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, dövlətimizin başçısının regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. Liderliyin bu modeli beynəlxalq hüquqda "statecraft" anlayışına uyğundur: dövlət başçısının daxili və xarici siyasəti əlaqələndirərək milli maraqları təmin etməsi, beynəlxalq hüquq normalarına uyğun strateji balans yaratması. Prezident İlham Əliyev həm hərbi mərhələdə, həm də post-konflikt diplomatiyasında həmin modelin uğurlu tətbiqini nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov deyib.

Sülh müqaviləsinin Parafdan imzaya: beynəlxalq hüquqi əhəmiyyəti

Ekspertin sözlərinə görə, Birgə Bəyannamədə yer alan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması beynəlxalq müqavilə hüququ baxımından (Vyana Konvensiyası, 1969) artıq mətnin razılaşdırılması və siyasi öhdəliyin qəbul edilməsi deməkdir. Vyana Konvensiyasına görə Paraflama mətnin razılaşdırıldığını təsdiq edir. Müqavilənin obyekti və məqsədi artıq qəbul edilib, dəyişdirilməsi yalnız qarşılıqlı razılıqla mümkündür. Ratifikasiya mərhələsi daxili hüquqi prosedurların tamamlanması ilə sənədə hüquqi qüvvə verir. Həmin mərhələ, hüquqi baxımdan, münaqişənin “atəşkəs” fazasından tam hüquqi sülh rejiminə keçid deməkdir.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupu da 30 ildən çox mövcud olsa da, effektiv nəticə verə bilməmiş beynəlxalq vasitəçilik mexanizmi kimi tarixə qovuşur. Bu, beynəlxalq hüquqda nadir presedentdir. Vasitəçilik mandatı olan beynəlxalq platforma Tərəflərin birgə qərarı ilə bağlanır. Gələcəkdə sülh prosesləri daha çevik və nəticəyönümlü ikili diplomatiya və ya ABŞ kimi qlobal güclərin siyasi zəmanəti ilə aparılacaq.

Nəqliyyat - kommunikasiya bağlantıları və “Tramp Marşrutu”: iqtisadi diplomatiya hüququ

K.Qənbərov bildirib ki, Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması Azərbaycanın tranzit suverenliyinin tanınması deməkdir. Bu, həm də Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi beynəlxalq iqtisadi hüquq prizmasında:

-BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq;

-ÜTT prinsiplərinə inteqrasiya;

-ABŞ-ın siyasi zəmanəti və regiondakı iqtisadi inteqrasiya üçün hüquqi çərçivə.

Bəyannamədə BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinad, beynəlxalq hüquqda üç əsas prinsipi möhkəmləndirir:

-Territorial integrity - Sərhədlərin toxunulmazlığı;

-Non-use of force - Güc tətbiq etmənin yolverilməzliyi;

-Non-retaliation – Qisas cəhdlərinin rədd edilməsi.

Həmin prinsiplər gələcəkdə münaqişənin yenidən alovlanması ehtimalını minimuma endirir və beynəlxalq sülh mədəniyyətinə uyğun model yaradır.

Vaşinqton görüşünün ABŞ - Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq modelinə yüksəltdiyini deyən ekspert fikirlərinə belə davam edib: "Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd deyil - bu, müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi. Həmin sənəd həm də gələcək nəsillər üçün sülh, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik irsidir. Dövlətimizin başçısının daha bir uğuru Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədinin imzalanmasıdır. Qeyd etmək lazımdır ki, həmin düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Həmin ədalətsiz qərar da ləğv olundu.

Ümumiyyətlə qeyd edək ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə, kağız üzərindəki sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsidir.

Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Hətta dövlətimizin başçısının heç bir kağızdan (əvvəlcədən hazırlanmış konspektən) istifadə etməyərək professional çıxışı belə ABŞ Prezidenti Trampda gizlədilə bilməyən yaxşı təəssürat yaratdı və Tramp İlham Əliyevdən bu savadın və məharətin sirrini öyrənmək üçün "Siz neçə ildir ölkənizdə rəhbər vəzifədə çalışırsınız?" sualını verdi.

Əminliklə deyə bilərik ki, Üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyən edən əsas xətt də məhz Prezident İlham Əliyevin illərlə apardığı prinsipial, ardıcıl və strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, həm də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Bu, Azərbaycan Prezidentinin siyasi beynəlxalq aləmdə qazandığı etimadın canlı sübutudur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri