Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Vaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH

Vaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Tarixdə bir çox hadisələrin əhəmiyyəti və dəyəri müəyyən bir zaman keçdikdən sonra daha aydın başa düşülür. 2025-ci il avqustun 8-nə Azərbaycan diplomatiyası uzun, çətin, amma şərəfli bir yol ilə gəlib çatdı və öz hədəflərinə nail oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı və hədəfi hər zaman Azərbaycan olub: “Qərbdəkilər üçün Azərbaycan müsəlman və türk kimliyi ilə daha çox xarakterizə olunur. Müsəlman-xristian rəqabəti tarixin müxtəlif mərhələlərində fərqli formalar alsa da, mahiyyəti dəyişməz olaraq qalıb və yəqin ki bu, hər zaman davam edəcək. ABŞ-ın dünyanın ən böyük və güclü xristian ölkə olması ermənilərin ABŞ siyasətinə təsiri baxımından ən güclü üstünlükləri olub.

SSRİ dağılandan sonra ədalətsizliyə məruz qalan Azərbaycan xilas yolu kimi də təbii olaraq ABŞ-a tərəf daha çox baxırdı. Çünki o zaman artıq dünyada tək superqüvvə ABŞ idi. Rusiyanın müstəqillik əleyhinə təsirinin neytrallaşması baxımından bu qüvvə ilə münasibətlər mühüm əhəmiyyət kəsb edirdi. Amma Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana sanksiya tətbiq edən də ABŞ oldu. İşğala məruz qalan Azərbaycan erməni lobbisinin nail olduğu 907-ci düzəliş ilə ABŞ-dan sanksiyalara məruz qaldı.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması ABŞ siyasətinin dəyişdirilməsi istiqamətində uzun və fədakar bir yolun başlanğıcını qoydu. Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi üçün o zaman ABŞ-la münasibətləri inkişaf etdirmək həyati cəhətdən əhəmiyyətli idi.

Erməni lobbisinin çox böyük təsirə malik olduğu ABŞ siyasətində ən azı neytrallığa nail olmaq çox böyük uğur idi və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəllərində artıq bu hədəfə nail oldu. ABŞ siyasətində demokratların “kor siyasəti”ni (Obama-Bayden) nəzərə almasaq, ümumilikdə ABŞ-Azərbaycan münasibətləri əsasən qarşılıqlı maraqlara əsaslanıb və praqmatik xarakter daşıyıb.

2020-ci ildə Vətən müharibəsi zamanı Tramp Administrasiyasının neytral mövqeyi Azərbaycan diplomatiyasının həm də başqa cəbhədə əldə etdiyi mühüm zəfər idi. Güclü erməni diasporunun bütün səylərinə baxmayaraq, Azərbaycanın zəfərdən sonra hər hansı sanksiyaya məruz qalmaması Prezident İlham Əliyevin dahiyanə gedişlərinin nəticəsi idi. Azərbaycan diplomatiyası dünyada ən yüksək peşəkarlıq qabiliyyətini nümayiş etdirdi”.

Deputat bildirib ki, Vaşinqton görüşü və əldə olunan razılaşmalar təkcə Ermənistan ilə bağlı deyil: “Ermənistan onsuz da Prezident İlham Əliyev tərəfindən təklif edilən prinsipləri qəbul etdiyini bəyan edərək hər mənada onun qarşısında təslim olmuşdu. Azərbaycanın Qarabağda məğlub etdiyi qüvvələr sırasında Ermənistan ən kiçiyi və ən zəifi idi. Digər düşmənlər üzərində zəfərin sənədləşməsi üçün avqustun 8-də görüş lazım idi. Bu görüş çox ustalıqla və məharətlə təşkil olundu.

ABŞ Prezidentinin dilindən bütün dünyaya (eləcə də Azərbaycanın düşmənlərinə) verilən mesajlar artıq bütöv və azad Azərbaycanın müstəqilliyini və dövlətçiliyini əbədi etdi.

Beləliklə, 1994-cü il “Əsrin müqaviləsi” ilə Ulu Öndər Heydər Əliyev ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycanın müstəqilliyini və dövlətçiliyinin qoruyub saxlaya bilmişdirsə, 2025-ci il 8 avqustda Prezident İlham Əliyev azad və bütöv Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin əbədi olmasına nail oldu. Bu, dünya diplomatiya tarixində bir müsəlman və türk dövlətinin indiyə qədər nail olduğu ən yüksək zirvədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri