Icma.az
close
up
RU
İran ABŞ görüşündən sonra Zəngəzur dəhlizinə qarşı olacaq?

İran ABŞ görüşündən sonra Zəngəzur dəhlizinə qarşı olacaq?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İran rəsmiləri Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduqlarını bir daha bəyan ediblər. Tehran bildirir ki, bu layihə ölkənin regional maraqlarına ziddir və sərhədlərin dəyişdirilməsi cəhdlərinə icazə verilməyəcək.

Xüsusilə ABŞ-də keçirilən görüşdən sonra sülh müqaviləsi imzalanacağı təqdirdə, bu, İranın narazılığına səbəb ola və qeyd olunan addımın atılmasına gətirib çıxara bilərmi?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, İran Zəngəzurun Ermənistanın yurisdiksiyası daxilində yerləşən nəqliyyat xəttindən istifadənin təmin ediləcəyi barədə məlumatlıdır: 

“Məncə, Tehran bu mövzuda daha çox təmkin nümayiş etdirməlidir. Prezident Pereşkianın son açıqlamaları da bununla bağlıdır. Doğrudur, İranda fəaliyyət göstərən dini dairələr və SEPAH-a yaxın qruplar vəziyyəti bir qədər fərqli qiymətləndirir və ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasına sərt mövqedən yanaşırlar. Lakin onlardan fərqli olaraq, İranın siyasi rəhbərliyinə Pereşkiana izah olunub ki, Zəngəzur məsələsi onların bəzi qruplarının təsvir etdiyi kimi deyil”.

Z.Məmmədov digər tərəfdən, artıq müəyyən məqamların qəbul olunduğunu və bir sıra məsələlərin həyata keçməsi ilə bağlı ciddi şübhənin olmadığını qeyd edib:


“Belə şəraitdə açılacaq nəqliyyat yoluna qarşı kəskin addımlar atmaq əvəzinə, əksinə, həmin yoldan fayda götürmək daha məntiqli olardı. Çünki bu yol region ölkələrinin gələcək perspektivləri üçün nəzərdə tutulmuş addım ola bilər”.

Politoloq əlavə edib ki, əgər onlar Zəngəzurun yanında dayansalar, bundan qazanc əldə edəcəklər, əks halda isə təhlükə ilə üzləşə bilərlər: 


“Bu səbəbdən dəhlizin açılmasına qarşı çıxan qüvvələr mövcuddur-həm bölgə ölkələri daxilində, həm də beynəlxalq dairələrdə. Amma onlar anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması həmin ölkələr üçün real təhlükə daşımır”.

Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri