Icma.az
close
up
RU
Vaşinqton Moskvanı hərbi yolla deyil, iqtisadi məhdudiyyətlərlə zəiflədəcək ŞƏRH

Vaşinqton Moskvanı hərbi yolla deyil, iqtisadi məhdudiyyətlərlə zəiflədəcək ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə mətbuat konfransında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin gözləntiləri doğrultmayıb və Ukraynada daha çox rus əsgəri həyatını itirib. Tramp əlavə edib ki, Rusiyaya qarşı əlavə tədbirlər görməyə hazırdır və neftin qiymətinin ucuzlaşması Moskvanı müharibədən çıxmağa və güzəştə məcbur edə bilər; o həmçinin Avropa ölkələrinin Rusiyadan neft almasını qəbuledilməz sayır.

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Trampın mətbuat konfransındakı çıxışı həm siyasi, həm də geosiyasi kontekstdə diqqətçəkicidir.

"Birincisi, Trampın Putinə yönəltdiyi "məni üzdü" ifadəsi, diplomatik ritorikadan daha çox şəxsi münasibət tonu daşıyır. Bu, Trampın xarici siyasət üslubuna xas olan fərdi yanaşmanı əks etdirir. İkincisi, onun "daha çox rus əsgəri ölür" deməsi Kremlin daxili auditoriyada daha böyük problemlərlə üzləşdiyini vurğulamaq məqsədi daşıyır. Buradan görünür ki, Tramp Moskvanın hərbi gücünün tükənməsini siyasi arqument kimi qabardır. Trampın əsas mesajlarından biri də enerji bazarı ilə bağlıdır. Onun sözlərinə görə, neftin qiymətinin düşməsi Moskvanın kompromisə getməsini qaçılmaz edəcək. Bu yanaşma əslində ABŞ-nin enerji siyasətini geosiyasi silah kimi istifadə etmək niyyətini göstərir".

Müsahibimiz qeyd etdi ki, ABŞ-nin siyasətində iki mühüm məqam var:

"Birincisi, Avropa ölkələrinin Rusiyadan hələ də enerji asılılığının qalması, ikincisi isə qlobal bazarda qiymətlərin siyasi qərarlarla deyil, daha çox təklif və tələb balansı ilə tənzimlənməsidir.

Tramp Avropanı da tənqid edir və onların Rusiyadan neft almasını qəbuledilməz adlandırır. Bu, bir tərəfdən ABŞ-nin Avropa üzərində enerji siyasəti vasitəsilə daha çox təsir qazanmaq istəyi ilə bağlıdır. Digər tərəfdən isə bu mövqe NATO daxilində yeni gərginliklərin yaranmasına səbəb ola bilər. Çünki Avropa ölkələri enerji məsələsində ABŞ ilə tam üst-üstə düşmür. Trampın ritorikasında həm də psixoloji təzyiq elementi də mövcuddur. O, Putini zəif və güzəştə məcbur ediləcək lider kimi təqdim edir.

Nəticə etibarilə, Trampın çıxışı həm Rusiya ilə bağlı sərt mesajlar, həm də Avropaya qarşı qınaqlar üzərində qurulub. Bu, ABŞ-nin gələcəkdə enerji faktorunu əsas vasitə kimi istifadə edəcəyinə işarədir. Eyni zamanda bu ritorika göstərir ki, Vaşinqton Moskvanı hərbi yolla deyil, iqtisadi məhdudiyyətlər və enerji siyasəti ilə zəiflətməyə çalışacaq", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri