Icma.az
close
up
RU
“Vaşinqton razılaşmalarına maneə yaratmaq istəyən qüvvələrin imkanları məhduddur” Deputat

“Vaşinqton razılaşmalarına maneə yaratmaq istəyən qüvvələrin imkanları məhduddur” Deputat

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vaşinqton sammitindən keçən müddət ərzində proseslər hələlik düzgün istiqamətdə inkişaf edir. Hər iki ölkə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etdi və müsbət qərar qəbul edildi. Bu, Azərbaycanın şərtlərindən biri idi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə həm Vaşinqton sammitindən keçən müddətdə atılan addımları, həm də erməni revanşistlərlə bağlı məsələni şərh edərkən deyib.

Deputat bildirib ki, hal-hazırda Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı müvafiq qərar verməlidir, bundan sonra sülh sazişinin imzalanması üçün elə bir maneə qalmayacaq:

“Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı müvafiq qrupun danışıqları davam edir. Bu proses sərhədlərin tam düzgün müəyyənləşdirilməsinə xidmət edir. Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı hansısa bir maneə yoxdur. Bu maneələri yaratmaq istəyən qüvvələrin imkanları məhduddur. Bir məqamı da xatırlatmaq istəyirəm ki, ABŞ-dan olan nümayəndə heyəti bölgəyə gələcək və Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfində onların üzərinə düşən işləri müzakirə edəcək. Bu proses, eyni zamanda Türkiyə tərəfindən də sürətlə davam etdirilir. Naxçıvana gələn yol inşa edilir, mənə elə gəlir ki, burada hansısa maneə törədə biləcək qüvvələrin imkanları məhduddur. Hələlik hər şey normal inkişaf edir, ciddi problemlər görünmür”.

O ki qaldı Ermənistanın daxilindəki revanşistlərə və xaricdə onlara dəstək verən qüvvələrin son vaxtlar xüsusilə fəallaşmaları və hansısa maneə yarada bilmələrinə, deputat deyib ki, Ermənistanın daxilində ilk növbədə keçmiş hərbi cinayətkar hakimiyyətin nümayəndələri hansısa müqavimət göstərmək istəyirlər, amma onlar daxildən heç bir dəstək ala bilmirlər:

“Ermənilər hətta müharibədə ağır məğlubiyyətdən sonra yenə də Paşinyana səs verdilər, indi də ona dəstək verirlər. Çünki onlar sülh istəyirlər, müharibələrdən yorulublar, hakimiyyətdə olmuş oğru, cinayətkar Qarabağ klanına çox ciddi etiraz edirlər. Lakin xaricdə yaşayan bir sıra daşnaklar və Rusiyada bəzi erməni qruplaşmaları Paşinyanı devirməyə çalışdılar, amma görürsünüz ki, onların bir sıra nümayəndələri həbs edildi və erməni kilsəsinin də müqaviməti qırılıb. Bu da dediyim kimi, nümayəndələrinin həbsi və ifşa olunmaları ilə bağlıdır. Hələlik hakimiyyət bu prosesləri davam etdirmək imkanlarına malikdir və xaricdən olan təzyiqlərin qarşısını ala bilir. Çünki Ermənistanda yaşayanlar daha çox bölgənin sülh bölgəsinə çevrilməsini istəyirlər, ona görə də hakimiyyət ABŞ-da, Fransada, bir sıra digər Avropa ölkələrində yaşayan millətçi qüvvələrə müqavimət göstərə bilir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri