Icma.az
close
up
RU
Vaşinqtondan gizli Ukrayna PLANI: “Bu, ABŞ nin əlini daha da gücləndirəcək”

Vaşinqtondan gizli Ukrayna PLANI: “Bu, ABŞ nin əlini daha da gücləndirəcək”

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

“ABŞ Rusiyanı yaxına çəkməklə gələcəkdə Çini təkləməyi hədəfləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat Rusiya və Ukrayna arasında gedən müharibənin üçüncü ilinin tamam olmasını şərh edib:

“Dünən Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü oldu. Artıq 3 ildir ki, bu müharibə davam edir. Müharibə başladıqdan bu günə qədər hər iki tərəfdə çoxlu sayda itkilər olub. Xüsusilə də Ukraynada milyonlarla insan qaçqın kimi ölkəni tərk edib. Onların bəziləri geri qayıtsa da, çoxu hələ də xaricdə qaçqın həyatı yaşamaqdadır. Eyni zamanda, müharibə başladıqdan sonra Rusiyaya qarşı Qərb dövlətlər tərəfindən sanksiyalar tətbiq olunmağa başladı və bu gün də bu sanksiyalar öz qüvvəsindədir. Nəticə etibarilə, Rusiyada da müharibənin doğurduğu fəsadlar mövcuddur. Xüsusilə bir məsələyə diqqət cəlb etməliyik ki, müharibə başladıqda Ukrayna çox ümidli idi, onlar düşünürdü ki, Qərbin, xüsusilə NATO-nun dəstəyi ilə bu müharibədə qalib gələcək və Krımı da geri qaytaracaq. Ancaq bu, belə olmadı, Ukrayna ərazilərinin bir hissəsini itirdi. Bununla yanaşı, hələ də müharibə davam edir”.

Millət vəkili hesab edir ki, Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna prezidenti Volodimir Zelenski müharibəni başlamaqla səhv etdiyini başa düşüb:

“Xüsusilə də Amerikadakı prezident seçkilərində Trampın yenidən hakimiyyətə gəlməyindən sonra Amerikanın Ukraynaya əvvəlki dəstəyi verməyəcəyi ortaya çıxdı. Bu gün faktiki olaraq Ukraynanın ümidləri puç olmaqdadır. Ukraynanın taleyi onların iştirakı olmadan Rusiya və Amerika arasında müəyyənləşdirilir və xüsusilə də Avropa İttifaqının mövqeyi heç də önəmli hesab edilmir. Bir sözlə, Ukrayna bu müharibəni başlamaqla çox böyük səhv etdiyini artıq anlayır, amma istənilən halda geriyə yol yoxdur. Ukraynanın qarşısına qoyulan tələblər onları daha çətin vəziyyətə salır. Bir sözlə, bu münaqişənin başlamasından bu günə qədər verilmiş itkilər hələ də davam edir”.

N. Həmzə vurğulayıb ki, Ukrayna əslində böyük güclərin öz mənfəətləri üçün apardığı mübarizənin qurbanıdır:

“Bu, onu deməyə əsas verir ki, sözügedən münaqişədə qalib gələn tərəf yoxdur. Böyük güclər öz maraqlarını həyata keçirirlər və Ukrayna bu müharibənin əsas qurbanıdır. Böyük ehtimalla, tezliklə Rusiya və ABŞ arasında razılıq əldə oluna bilər. Bu təqdirdə, Ukrayna və Rusiya münaqişəsi dayana və sülh danışıqları davam etdirilə bilər. İstənilən halda, bu sülh danışıqlarının tezliklə yekunlaşma ehtimalı çox azdır. Ukraynanın da kapitulyasiya aktını imzalaması ehtimalı da elə də böyük hesab olunmur. Çünki Ukrayna Trampın şərtlərini tam qəbul etmək niyyətində deyil. Etiraf edək ki, ABŞ dəstəyi olmadan bu müharibədə qalib gəlmək və ya hər hansı üstünlük əldə etmək çox çətin görünür. Avropa İttifaqının nəzərdə tutduğu maliyyə yardımı isə müharibənin taleyində böyük dəyişiklik etməyə imkan verməyəcəkdir”.

“Bir sözlə, biz 2025-ci ildə ən azından qarşılıqlı güzəştlər hesabına atəşkəsin əldə olunmasına şahidlik edəcəyik. Tərəflər arasında sülhün tam əldə olunması isə uzun zaman ala bilər. Amerikanın təkidi ilə Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə, bəlkə də yeni prezidentlə Rusiya arasında hansısa güzəştlər edilməklə hansısa razılıq əldə oluna bilər ki, bunu yalnız gələcəkdə görə biləcəyik. Faktiki olaraq, proseslər elə sürətlə inkişaf edir ki, proqnozlar irəli sürmək və hadisələrin hansı xronologiya ilə inkişaf edəcəyini bilmək çox çətindir”, – deyə həmsöhbətimiz əlavə edib.

“İstənilən halda, qəti olaraq belə qənaətə gəlmək olar ki, Ukrayna bu müharibədə artıq təklənir, ABŞ isə Avropa İttifaqını Ukraynaya daha çox dəstək verməyə sövq edir və bu yolla onların başını məhz Ukrayna müharibəsinə qataraq digər planları həyata keçirmək istəyir. Yəni Avropa İttifaqının uzun illərdir ABŞ dəstəyi ilə əldə etdiyi üstünlükləri artıq görə bilməyəcək. Aİ ABŞ qarşısında yeni öhdəliklər götürməyə məcbur qalacaq ki, bu da ABŞ-ın əlini daha da gücləndirəcək. Eyni zamanda, ABŞ Rusiya ilə razılıq əldə edəcəyi təqdirdə, onu öz tərəfinə çəkməklə Çini yaxın gələcəkdə təkləməyi hədəfləyir. Biz sözlə, proseslər buna doğru irəliləyir, amma təəssüflər olsun ki, bu baş vermiş hadisələrdən ən çox ziyan çəkən tərəflər Ukrayna və Rusiya oldu. Bu da nəticə etibarilə Ukraynanı yenidən əvvəlki vəziyyətinə qaytarmaq uzun illər tələb edəcək”, – deyə Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb.

Yenicag.az

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Fevral 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri