Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Milli ideologiyanin ən güclü silahi

Milli ideologiyanin ən güclü silahi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya azərbaycanlıları Həmrəylik gününü qeyd edir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bu gün tarixi yaddaşı yaşadan bir rəmz olmaqla yanaşı, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli ideoloji xəttinin və qlobal miqyasda formalaşmış azərbaycançılıq düşüncəsinin real nəticələr doğuran mexanizminə çevrilmişdir. Bu mexanizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə müasir dövrün çağırışlarına uyğun olaraq institusional səviyyəyə yüksəldilmişdir.

Həmrəylik Günü bu gün dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur və diaspor həyatının ən mühüm rəmzlərindən birinə çevrilib. Bu bayram Azərbaycanla mənəvi bağlarla bağlı olan insanları bir araya gətirir. Tarixən azərbaycanlılar müharibələr, təlatümlü siyasi proseslər və ədalətsiz deportasiyalar nəticəsində doğma torpaqlarından uzaq düşərək dünyanın müxtəlif bölgələrinə səpələnmişlər. Onun nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının məqsədyönlü diaspor siyasəti vasitəsilə Rusiya, MDB məkanı, Avropa ölkələri, Amerika qitəsi, Yaxın Şərq və digər regionlarda güclü Azərbaycan icmaları formalaşdmışdır.

Əlbəttə ki, milli həmrəylik ideyası bu mərhələdə yalnız emosional birlik anlayışı ilə məhdudlaşmır. O, artıq elm, təhsil, mədəniyyət və informasiya siyasətində konkret alətlər vasitəsilə həyata keçirilən, ölçülə bilən və nəticə verən dövlət strategiyasıdır. 2025-ci il bu baxımdan Azərbaycan üçün mühüm bir mərhələ oldu. Bu il yaşadıqlarımız aydın göstərdi ki, milli birlik yalnız siyasi və hərbi uğurlarla ölçülmür. O, eyni zamanda humanitar sahədə davamlı inkişafın əsas təminatçısıdır.

Humanitar siyasətin mərkəzində duran əsas istiqamətlərdən biri kitabxana işi və kitabxanaçılığın yeni mərhələyə qədəm qoymasıdır. 2025-ci ildə Azərbaycanda kitabxanalar artıq kitab fondlarını qoruyan passiv mədəniyyət ocaqları funksiyalarını həyata keçirən mərkəzlər olmaqdan uzaqlaşaraq, bilik istehsalı, elmi düşüncənin təşviqi və milli yaddaşın qorunması baxımından strateji mərkəzlər kimi formalaşmağa başlamışdır. Dövlət yanaşması aydındır: kitabxana elm və təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir.

Bu mərhələdə kitabxana işi klassik fond saxlanılması modelindən çıxaraq rəqəmsal bilik dövriyyəsinə, elmi platformalarla inteqrasiyaya və beynəlxalq humanitar əlaqələrin qurulmasına yönəlmişdir. Region kitabxanalarının mərkəzi elmi şəbəkələrlə əlaqələndirilməsi, kitabxanaçı kadrların ixtisasartırma proqramlarının genişləndirilməsi və milli nəşrlərin sistemli qorunması bu siyasətin real nəticələri sırasında xüsusi yer tutur. Kitabxana artıq həm geniş oxucu kütləsini əhatə edən məkan kimi, həm də dövlətin intellektual infrastrukturunun əsas sütunlarından biri kimi çıxış edir.

Kitaba münasibət də bu prosesdə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Əlamətdar haldır ki, 2025-ci ilin əsas nailiyyətlərindən biri də kitabın cəmiyyət üçün mədəni dəyər, milli kimliyin daşıyıcısı, elmi potensialın əsas mənbəyi və humanitar təhlükəsizliyin intellektual dayağı kimi qəbul olunmağa başlamasıdır. Qlobal informasiya müharibələrinin və ideoloji təzyiqlərin artdığı bir dövrdə Azərbaycan öz humanitar immunitetini bilik, oxu mədəniyyəti və elmi istehsal üzərində qurur. Bu yanaşma da təsadüfi deyil, bu, dövlət səviyyəsində qəbul olunmuş strateji seçimdir.

Humanitar siyasətin məkan ölçüsü də xüsusi əhəmiyyət kəsb edir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu siyasətin rəmzi olmaqla yanaşı, dərin məzmunlu mərhələyə keçdiyini nümayiş etdirdi. 

Bu tədbir hələ 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk qurultaydan sonra davam edən ənənənin məntiqi nəticəsi olaraq, diasporun fəaliyyətinin sistemləşdirilməsi, həmvətənlərimizin birliyi və mədəni irsimizin dünyada təbliği məqsədilə təşkil olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən bu qurultay iştirakçıların fəallığını artırmaqla yanaşı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə daha geniş yayılmasına da xidmət edir. Bu qurultay həm milli birliyin, həm də Azərbaycanın tarixi torpaqları ilə bağlı qətiyyətli mövqeyin nümayiş olunduğu əlamətdar tədbir kimi diqqət çəkir. Müzəffər Ali Baş Komandan 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı çıxışında bildirmişdir: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”

Odur ki, Şuşa bu gün Vətənimiz Azərbaycanın tarixi və mədəniyyət paytaxtı kimi milli yaddaşın bərpasının, humanitar ideologiyanın və mədəni dirçəlişin canlı mərkəzinə çevrilmişdir. Qarabağda kitabxanaların, mədəniyyət ocaqlarının və elmi platformaların bərpası humanitar siyasətin postmüharibə dövründəki əsas istiqamətlərindən birinə çevrilmişdir.

2025-ci ilin nəticələri göstərir ki, diaspor siyasəti də artıq təşkilati birlik anlayışı ilə məhdudlaşmır. Xaricdə yaşayan azərbaycanlılar ölkənin elmi, mədəni və intellektual həyatının fəal iştirakçılarına çevrilirlər. Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, milli mədəni irsin təbliği və ideoloji təxribatlara qarşı mübarizə məhz bu intellektual birlik üzərində qurulur. Şübhəsiz ki, kitab və kitabxana işi də bu fəaliyyətin əsas lokomotivlərindən biri, hərəkətverici qüvvəsidir. Ümunilikdə isə bu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə inkişaf etdirilən milli birlik konsepsiyasının məntiqi nəticəsidir.

Sevindirici haldır ki, 2025-ci ildə ictima-siyasi, sosial-iqtisadi, humanitar və digər strateji sahələrdə əldə olunan nailiyyətlər sayəsində artıq bu gün 2026-cı ilə baxış və gözləntilər artıq aydın konturlara malikdir. Dövlətin humanitar gündəliyi məqsədyönlü, planlı və beynəlxalq istiqamətlidir. Kitabxana diplomatiyasının genişləndirilməsi, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və kitabı ilə bağlı platformaların yaradılması, rəqəmsal humanitar ekosistemin gücləndirilməsi və elm–təhsil–kitabxana əlaqələndirilməsinin təmin edilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasındadır. Diasporun intellektual potensialının daha fəal şəkildə cəlb edilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərin elmi irsinin milli fondlara daxil edilməsi və birgə nəşr layihələrinin təşviqi bu xəttin tərkib hissəsidir.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ideoloji başlanğıc nöqtəsi olmaqla yanaşı, bu gün konkret humanitar nəticələr doğuran, uzunmüddətli, davamlı və dayanıqlı dövlət strategiyasına çevrilmişdir. Milli birlik Azərbaycan üçün keçmişin xatirəsi və ya emosional çağırış hüdudlarını aşaraq, elmin, təhsilin, kitabın və ümumilikdə mədəniyyətin üzərində qurulan, gələcəyə hesablanmış möhkəm dövlət dayağıdır. 

İradə Ağayeva

Bakı Xoreoqrafiya Akademiyasının 

Kitabxana-İnformasiya Mərkəzinin müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri