Icma.az
close
up
RU
Vensin fəaliyyəti onun prezidentlik ambisiyalarından xəbər verir

Vensin fəaliyyəti onun prezidentlik ambisiyalarından xəbər verir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens tutduğu vəzifəyə görə qeyri-adi fəallıq nümayiş etdirir ki, bu da, onun gələcəkdə prezidentliyə namizəd olmaq niyyətindən xəbər verir.

Bizimyol.info xəbər verir ki, bu etimalı "The Wall Street Journal" (WSJ) irəli sürüb.

Nəşrin qeyd edib ki, Vens ABŞ prezidenti Donald Trampın administrasiyasının gündəliyinin formalaşmasında fəal iştirak edir, tez-tez öz təşəbbüslərini irəli sürür. Xüsusilə, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında o, Avropa ölkələrini vətəndaşların hüquq və azadlıqlarını boğmaqda tənqid edib, belə bir Avropanın ABŞ-a lazım olmadığını bildirib. Bundan əlavə, o, fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə mübahisədə fəal iştirak edib. "WSJ" bunu “təhlükəli oyun” adlandırır, çünki Vensin həddindən artıq müstəqilliyi Trampın tərəfdarlarını qəzəbləndirmək riski daşıyır.

Ənənəvi olaraq ABŞ-da vitse-prezident daha çox protokol funksiyasını yerinə yetirir. Nəşr xatırladır ki, Co Bayden Barak Obamanın (2009-2017) vitse-prezidenti olduğu illərdə dəfn mərasimlərində və açılış mərasimlərində iştirakla bağlı olub və bu, formalaşmış təcrübəyə uyğun idi. "WSJ" Vensin hazırkı administrasiyaya təsirini təcrübəsinə və yaşına görə işi böyük əhəmiyyət kəsb edən Corc Buş (2001-2009) dövründə vitse-prezident olan Dik Çeyni rolu ilə müqayisə edib.

Eyni zamanda, Vens, prezidentlik təcrübəsi olan Trampdan fərqli olaraq, Ağ Evə az siyasi baqajla gəlib - Ohayodan Senatda cəmi iki il (2023-2025) olub.

Vens 2 avqust 1984-cü ildə Ohayo ştatının Middletovn şəhərində anadan olub. O, ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, Ohayo Dövlət Universitetini və ölkənin ən nüfuzlu universitetlərindən biri olan Yel Universitetini bitirib. 2016-cı ildə o, bestsellerə çevrilən və sonradan filmə uyğunlaşdırılan "Hilbilly Elegy" adlı xatirəsini nəşr edib.

O, vəkil Uşa Vens ilə evlidir və cütlüyün üç övladı var. 2022-ci il ABŞ Senatına seçkilərdə o, Demokrat namizədi məğlub edib. 2024-cü il iyulun 15-də Tramp Vensi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd elan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri