Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Veolia Jur” Kolumbiya “çirkab”ını Qafqaza da axıdırmı?

“Veolia Jur” Kolumbiya “çirkab”ını Qafqaza da axıdırmı?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra da Ermənistanın ekoloji terroru ilə qarşı-qarşıyadır. Onun miqyası böyüyə bilər. Çünki Kolumbiyada ekoloji cinayətlərdə ittiham olunan Fransanın “Veolia” şirkəti bu ölkədə layihələr həyata keçirir.

Fransanın “Veolia” şirkəti Ermənistanda özünün “Veolia Jur” törəmə şirkəti vasitəsilə fəaliyyət göstərir. Şirkət 2016-cı ildə Hayastanda üç milyon insanı 24 saat içməli su ilə təmin etmək üçün 800 milyon avro dəyərində müqavilə imzalayıb. “Veolia Jur” layihənin bir hissəsi olaraq içməli suyun istehsalı və paylanması, eləcə də tullantı sularının təmizlənməsi sistemlərinin idarə edilməsini öz üzərinə götürüb. Şirkət 15 il ərzində su təchizatı şəbəkələrinin modernləşdirilməsinə 37,5 milyard dram sərmayə qoyacaq.

İlk baxışdan ciddi bir problem yoxdur. Amma görülən işlərin fransız şirkəti tərəfindən həyata keçirilməsi narahatlıq doğurur. Çünki bu şirkət Kolumbiyada fəaliyyəti zamanı ətraf mühitə böyük ziyan vurub. İndi də fransızlar Ermənistanda layihə həyata keçirirlər. Bu ölkə Azərbaycanla qonşudur və ənənəvi olaraq bir çox ekoloji problemlərini ölkəmizin hesabına həll edir. Məsələn, Azərbaycanın əsas su yollarından biri olan Kür çayı öz başlanğıcını Türkiyədən götürür, Gürcüstan ərazisindən, oradan Azərbaycan ərazisindən keçərək Xəzər dənizinə tökülür. Onun bəzi qolları (məsələn, Ağstafaçay, Debet) Ermənistan ərazisindən başlayır. Ermənistan sənaye və məişət tullantı sularını təmizlənmədən Kürün qollarına axıdır. Nəticədə Ermənistandan Azərbaycana axan sularda ağır metalların, nitratların və digər zəhərli maddələrin yüksək miqdarı qeydə alınır.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev deyir: “Ermənistan bizim çayların başına min bir oyun açır. Ermənistanın Alaverdi dağ-mədən müəssisəsinin tullantıları təmizlənmədən Debet çayına axıdılır.

Araşdırmalarımıza görə, civə, fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) 2–3 dəfə keçir. İllərlə davam edən bu proseslər nəticəsində Kür çayının sahilyanı sahələri və çayın dibinin çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalır.

Araz çayında da vəziyyət Kürdən fərqli deyil. Bu çayın çirkləndirilməsində Ermənistandakı müxtəlif dağ-mədən müəssisələrinin “böyük rolu” var.

Qeyd edim ki, bir çox yataqlardan xammal Ararat qızıl fabrikinə daşınır və orada qızıl konsentratları yuyulur, saflaşdırılır, külçə halına salınaraq Rusiya və digər ölkələrə satılır. Tullantılar isə Araza tökülür.

Bundan başqa, Ermənistanın Meqri rayonunda Aqarak mis-molibden kombinatı fəaliyyət göstərir. Bu müəssisə Araz çayına yaxın məsafədə yerləşir. Kombinatın ağır metal tərkibli tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Buradakı Davazam tullantı anbarında təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanıb. Anbarın suyu isə Araz çayına axıdılır.

Zəngilanda isə Oxçuçay Araza qarışır. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan çoxdur”.

Azərbaycan bu məsələni beynəlxalq platformalarda, o cümlədən BMT-də və transsərhəd sularla bağlı sazişlər çərçivəsində qaldırıb. Ermənistan, təbii ki, hər şeyi inkar edir. Amma unutmaq olmaz: Ermənistan yalana öyrəşib. Bu, onun ölkəmizin vaxtilə işğal olunmuş ərazilərində törədilmiş ekosidləri inkar etməsinin timsalında aydın görünür.

Onu da qeyd edək ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ermənistanın 1990-cı illərin əvvəlindən 2020-ci ilə qədər Azərbaycan ərazisinin təxminən 20 faizinin işğalı zamanı ətraf mühitə vurduğu ziyan milyardlarla dollarla qiymətləndirilir. Yanğınlar nəticəsində 60 min hektardan çox meşə sahəsi məhv edilib. Zəngilan, Laçın və Kəlbəcərdə ağacların, o cümlədən nadir və qiymətli cinslərin (palıd, fıstıq, qoz, tut və s.) kütləvi qırılması işləri aparılıb.

Həmçinin qızıl, mis, nefrit, kömür və digər faydalı qazıntıların qeyri-qanuni hasilatı da həyata keçirilib. Söyüdlü qızıl yatağı (Kəlbəcər rayonu), xarici şirkətlərlə işlənib. Qarabağda təbii ehtiyatların heç bir norma gözlənilmədən amansız istismarı iqtisadi ziyanla yanaşı, ciddi ekoloji təhlükə də yaradıb. Təbiətə vəhşi münasibət çox çirklənmiş tullantı hovuzların əmələ gəlməsinə gətirib çıxa-rıb. Məsələn, “Heyvalı” filiz yatağında 3 tullantı hovuzu yaradılıb. “Dəmirli” mədən yatağının 740 hektar ərazisində isə qanunsuz geoloji kəşfiyyat, qazıntı-hasilat işləri və yeni infrastruktur tikintisi aparılıb. Bu zaman ərazidəki tarixi-memarlıq və arxeoloji abidələrimiz də məhv edilib. Bundan başqa, “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb.

Nəticədə, ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb.

Nəzarətsiz mədən hasilatı nəticəsində yaranan ziyan torpağın deqradasiyasına, çayların və yeraltı suların çirklənməsinə səbəb olub. Bunun nəticəsidir ki, Tərtərçay da o vaxtlar ağır metallarla və mədən tullantıları ilə çirklənib. Bölgələr azad edildikdən sonra suda ekosistemləri və insan sağlamlığını təhdid edən zərərli maddələrin yüksək konsentrasiyası qeydə alınıb.

Gördüyümüz kimi, Fransanın “Veolia” şirkətinin Ermənistandakı fəaliyyəti ilə bağlı həyəcan təbili çalmağa əsaslar var, xüsusən də aşağıdakı faktı nəzərə alsaq vəziyyətin nə qədər ağır olduğu aşkara çıxar.

Yada salaq ki, fevralın 27-də Ermənistan hökuməti “Lydian Armenia” şirkətinə Amulsar qızıl mədəninin işlənməsi üçün 150 milyon dollarlıq büdcə zəmanəti verib. 2012-ci ildə şirkət o vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi hökumətlə mədənin işlənməsinə dair müqavilə imzalayıb. Amma qızıl mədənində görülən işlər 2018-ci ildə etiraz aksiyaları səbəbindən dayandırılıb. Çünki yataqda qızıl hasilatı açıq üsulla həyata keçirilib. Su kükürd və ağır metallarla çirklənib. Erməni ekoloji fəallar müvəqqəti də olsa zavodun işə salınmasının qarşısını almağa nail olublar. Amma son nəticədə mənfəət parıltısından kor olan Ermənistan rəhbərliyi böyük ekoloji fəlakət üçün zəmin yaratmaq niyyətindədir.

Ekoloqlara görə, qızıl yatağının yenidən istismara verilməsi ətraf mühitə ciddi ziyan vuracaq. Bunu aradan qaldırmaq üçün uzun illər lazım gələcək.

Onu da qeyd edək ki, mədənin istismarına 2025-ci ilin dördüncü rübündə başlanılacaq. Bu, o deməkdir ki, qızıl yatağının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə dünyada nərə balıqlarının əsas arealı olan Xəzər dənizinə axıdılacaq.

Bu arada, “Environmental Protection First” koalisiyası Ermənistanın mədənçilik fəaliyyəti nəticəsində Azərbaycan ərazisindən axan transsərhəd çaylara dəymiş ekoloji ziyanı göstərən interaktiv xəritəyə diqqəti yenidən cəlb etməyə çağırıb. Bildirilib ki, Hayastanın dağ-mədən müəssisələri zəhərli kimyəvi tullantılarla Azərbaycanla sərhəddə su resurslarına, ətraf mühitə böyük ziyan vurur. Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olmaqla, azad edilmiş ərazilərdəki mina, dağıntılar problemləri qədər narahatedicidir.

Afrika ölkələrindən olan bir sıra QHT rəhbərləri də ətraf mühit fəalları və jurnalistlər bu problemin həllinə kömək etmək üçün növbəti dəfə beynəlxalq təşkilatlara və ekoloji konvensiyaların katibliklərinə müraciət ediblər.

Müraciətlər Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsi kontekstində BMT-nin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasına (Espoo Konvensiyası) və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Katibliyinə göndərilib. Gördüyümüz kimi, həyəcan təbili çalmaq üçün ciddi əsaslarımız var.

Beləliklə, ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi problemə çevrilib. Bu səbəblərdən də ekoloji problemlər beynəlxalq gündəmdə ön plana çıxır. Buna baxmayaraq, Hayastan bütün Cənubi Qafqazın ekologiyasına zərərli təsir göstərən addımlar atmaqda davam edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri