Icma.az
close
up
RU
Vergi və gömrük rüsumları niyə dəyişdirilməlidir? KÜNCDƏN BAXIŞ

Vergi və gömrük rüsumları niyə dəyişdirilməlidir? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Azərbaycanda bir çox məhsulların istehsalının olmadığı və ya çox az olduğu şəraitdə həmin məhsulların xarici ölkələrdən idxal edilməsi baş verir. Bu normaldır və bütün ölkələrdə belədir. Lakin belə məhsullara yüksək gömrük rüsumu qoyulması həmin məhsulların ölkədaxili satışda baha olmasına gətirib çıxarır ki, nəticədə əhali onları almaqda çətinlik çəkir. Deməli, bu tip məhsullara minimum gömrük rüsumları qoyulmalıdır ki, onların satış qiyməti baha olmasın və vətəndaşlar üçün bu məhsullar əlçatan olsun. Bu baş versə, ölkədə ucuzlaşma yaranacaq, inflyasiya tempi enəcək, ticarət dövriyyəsi artacaq ki, bu da öz növbəsində əhalinin sosial vəziyyətinə müsbət göstərəcək.

Əlbəttə, bəzi məhsulların idxalında məhdudiyyətlərin qoyulması, yüksək gömrük rüsumları təyin edilməsi təqdirəlayiqdir. Bu yalnız o sahələrdə olmalıdır ki, həmin sahədə böyük yerli istehsal var və həmin istehsal ölkənin tələbatını tam və ya böyük həcmdə ödəyə bilər. O halda, xaricdən həmin məhsulların ucuz idxalı yolverilməzdir, çünki yerli istehsala zərər vura bilər.

Əgər yerli istehsalı qorumaq istəyiriksə, protektionist siyasət aparılmalıdır. Ölkədə istehsalı olan məhsullarda rüsumları qaldırmaq olar, lakin istehsalı olmayan və ya çox az olan məhsullarda isə nəinki qaldırmaq, əksinə, rüsumu endirmək lazımdır.

Bundan başqa, zəruri tələbat olan məhsullarla əlavə komfort məhsullarına fərq qoyulmalıdır. Məsələn, qızıl, avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə gömrük rüsumlar artırıla bilər. Lakin gündəlik tələbat məhsulları üzrə azaldılmalıdır.

Dövlət büdcəsini gömrük rüsumları ilə yox, əsasən, istehsaldan gələn gəlirlə doldurmağa çalışmaq lazımdır. Kölgə iqtisadiyyatı ləğv edilməli, monopoliya halları aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır. Son illərdə bu istiqamətlərdə bəzi tədbirlər həyata keçirilir.

Gömrük Komitəsinin ödəniş planını artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan məhsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə. Kiçik aqrar təsərrüfatlara da xüsusi yardımlar edilməlidir.

Fikrimizcə, vergilər üzrə də bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 500 min manata qaldırılmalıdır. Çünki, davamlı inflyasiya şəraitində bir neçə il əvvələ nisbətdə manatın real dəyəri 2 dəfədən çox ucuzlaşıb. Məntiqlə o vaxt 200 min manatın əvəzinə indi 500 min manatı nəzərdə tutmalıyıq.

Bundan başqa, Bakı və regionlar arasındakı vergi dərəcəsi fərqi bərpa olunmalıdır. Zərdabın ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektin eyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Xırdalan və Sumqayıt şəhərləri istisna) 5 il müddətinə sadələşmiş vergi dərəcəsi 1 faizə salınmalıdır. Ərzaq istehsalı üzrə bir neçə il müddətinə vergi dərəcələri 2 dəfə azaldılmalıdır.

Özünüməşğulluq proqramının miqyası və buna ayrılan maliyyə vəsaiti azı 10 dəfə artırılmalı, şərtləri daha da sadələşdirilməli, fəaliyyət sahələri artırılmalıdır. Proqram daha çox regionlarda tətbiq olunmalıdır.

Özümüzdə xammalı olan emal məhsullarını xaricdən idxal etmək müsbət hal deyil. O malları ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bunun üçün dövlət istehsal avadanlıqlarının gətirilməsi üçün maksimum güzəştlər tətbiq etməli, bir çox halda bunu özü etməlidir. Bu halda idxaldan asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik tam aradan qalxacaq. İqtisadi təhlükəsizliyin, sosial rifahın və siyasi nüfuzun artması təmin olunacaq.

Bunu etmək üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika infrasturukturu və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 75 milyardlıq strateji valyuta rezervlərindən heç olmasa 5 milyardını ölkə iqtisadiyatına invest etməklə bunu təmin etmək olar. Bu, postneft erasında bu sektordan itirilən gəlirləri digər iqtisadi sahələrin gəlirləri ilə kompensasiya etməyə imkan verəcək.

Hesab edirik ki, vergi və gömrük siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir. Nəticədə, həm dövlət qazanacaq, həm də əhali.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri