Icma.az
close
up
RU
Verilən dəyər əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir

Verilən dəyər əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın insan sağlamlığının keşikçiləri olan çoxsaylı tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bəyanatında deyilir.

"Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib.

Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.

Bu ardıcıl sosial siyasətin davamı olaraq, hörmətli Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi, insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı diqqətin daha bir göstəricisidir.

Əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da artırır.

Yeni əməkhaqqı qaydalarının 72 mindən çox tibb işçisini əhatə etməsi həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın növbəti sosial təşəbbüsü tibbi peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı olaraq, tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Hesab edirik ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri