“Verilişin dayandırılmasında hansısa tapşırıqdan söhbət gedə bilməz” AÇIQLAMA
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.
Proqramın qonaqları tanınmış müğənnilər – Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Xəzər Media Mərkəzinin Baş direktoru, Murad Dadaşov Gununsesi.info -ya açıqlamasında bildirib ki, bildirib ki, bu məsələdə hansısa tapşırıq və ya xüsusi qadağadan söhbət gedə bilməz:
“Texniki nasazlıq olub, bununla bağlı Xəzər Media Mərkəzi olaraq açıqlama yaymışıq“.
Qeyd edək ki, Almaxanım Əhmədli son zamanlar Mədəniyyət Nazirliyini korrupsiyada ittiham edirdi.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















