Icma.az
close
up
RU
Vəsaitlərin TƏBİB dən özəl qurumlara axınının qarşısı alınmalıdır Deputat

Vəsaitlərin TƏBİB dən özəl qurumlara axınının qarşısı alınmalıdır Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu məsələ ilə bağlı həkim stomatoloqlar tərəfindən mənə də müraciət olunmuşdu. TƏBİB-in açıqlamasında belə məlum oldu ki, bu istiqamətdə qəti qərar qəbul olunmayıb. Məsələ müzakirə və araşdırma mərhələsindədir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. 

Deputat bildirib ki, TƏBİB-in tabeliyində olan müəssisələrdə əsasən uşaq stomatologiyasıdır:

"Fəaliyyət göstərənlər uşaq stomatoloqlarıdır. Uşaq stomatoloji xidməti TƏBİB-in tabeçiliyində olan müəssisələrdə həyata keçirilir. Bu da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığı üçün ödənişlidir. Gedən müzakirələrdən belə məlum olur ki, burada şəffaflıq, ödəniş mexanizmləri, qiymətlərin necə formalaşması və həkimlərə ödənişin hansı formada olması məsələləri tam araşdırlmayıb. TƏBİB-in bu sahəyə məsul olan şəxsləri tərəfindən bu istiqamətdə qəti bir fikir bildirilməyib. Hazırda TƏBİB-in tabeliyində çalışan stomatoloqlar vahid tarif cədvəlinə (VTC) uyğun 531 manat maaş alırlar. Bu stomatoloqların sayı 650 nəfərdir. Bu stomatoloqların TƏBİB-in tabeliyində hansı formada fəaliyyət göstərəcəyi hələ müəyyənləşməyib".

M.Məmmədli uzun müddət səhiyyə idarəçiliyində çalışmış şəxs kimi qeyd edib ki, uşaq stomatologiyası vacib sahədir:

"Əslində burada profilaktik təbabəti həyata keçiririk. Strateji olaraq gələcəkdə bu sahənin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olunması mühümdür. Hazırda isə bu istiqamətdə iki addım ata bilərik. Belə ki, TƏBİB-in Müşahidə Şurası tərəfindən təsdiq olunmuş tariflərə uyğun olaraq ödənişləri təmin etmək və burada şəffaflığı, hesabatlılığı təmin etməklə həmin stomatoloqların maliyyələşməsini yığılan vəsaitlə təmin etmək olar. Həmçinin, məsələni qaldıraraq dövlət proqramı çərçivəsində bu istiqamətə pul ayırmaq olar. Eyni zamanda, TƏBİB-in tabeliyində olan müəssisələrdə effektiv idarəetməni düzgün təşkil etmək lazımdır. TƏBİB-in müəssisələrində qalmalı olan vəsaitlərin özəl qurumlara axınının qarşısı alınmalıdır. Həmin qənaət olunmuş vəsait stomatoloji xidmətə yönləndirilə bilər. Hesablama Palatasının aşkar etdiyi effektiv olmayan, lazımsız bəzi ştatların ləğvi və yaxud effektivliyinin təmin olunması istiqamətində məsələlərə baxmaq lazımdır. Səhiyyəyə aid olmayan ştatlar və bu ştatlarda olan şəxslərin çox yüksək maaş almasına qənaət etməklə həmin vəsaiti stomatologiya sahəsinə yönləndirmək olar".

Qeyd edək ki, dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb. Narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icra haqqının tələb edilməsidir. Paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat pul vəsaiti tələb olunur.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri