Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanlarından kimləri tanıyırsınız? Tam SİYAHI

Vətən Müharibəsi Qəhrəmanlarından kimləri tanıyırsınız? Tam SİYAHI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda Zəfər bayramıdır. Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 
2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizlənib.
Daha sonra işğalda qalan digər ərazilərimiz - Laçın, Kəlbəcər, Ağdam rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunub.
Müharibədə qazanılan qələbə sözsüz ki, qəhrəman döyüşçülərimzin qanı-canı bahasına əldə edilib. Onların bir qisminə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
"Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsilə bağlı Fərman 2020-ci il dekabrın 31-də imzalanıb.

Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə aşağıdakı hərbçilər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Bu şərəfli adı layiq görülənlərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 13-ü polkovnik-leytenant, 1-i 1-ci dərəcəli kapitan, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman və 3-ü əsgərdir.
Vətən Müharibəsi Qəhrəmanı adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.
Modern.az saytı "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş 83 hərbçinin siyahısını yenidən təqdim edir:
 

Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor

Məmmədov Zaur Sabir oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik

Ələkbərov Babək Mürsəl oğlu – polkovnik

Hüseynov Telman Əsgər oğlu – polkovnik

İsrayılov Raqif İbadulla oğlu – polkovnik

Qurbanov Babək Vahid oğlu – polkovnik

Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik

Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)

Sultanov Vüsal Eynulla oğlu – polkovnik

Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik

Zeynalov Zaur İlham oğlu – polkovnik

Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan

Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant

Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant

İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant

Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant

Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant

Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant

Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra)

Bağıyev Mirdamət Səristan oğlu – mayor

Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra)

Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra)

Həsənov Saleh Valeh oğlu – mayor

Hüseynquliyev Şahin Yusif oğlu – mayor

Hüseynov Zaur Rahat oğlu – mayor

Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra)

Qasımov Anar Misir oğlu – mayor

Quliyev Röyal İlham oğlu – mayor

Qurbanov Səfər Qurban oğlu – mayor

Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra)

Məmmədov Anar İbrahim oğlu – mayor

Orucov İlqar Rəhman oğlu – mayor

Səfərli Gündüz Ağamməd oğlu – mayor

Səfərov Elvin Sərraf oğlu – mayor

Şirinov Elnur Ramiz oğlu – mayor

Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra)

Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra)

Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra)

Bağırlı Qəzənfər Kərim oğlu – kapitan

Bədəlov Nicad Mehman oğlu – kapitan

Əliyev Fərid Vaqif oğlu – kapitan

Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra)

Hudulov Ramazan İzzət oğlu – kapitan

Qasımlı Rəşad Məzahir oğlu – kapitan

Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra)

Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra)

Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra)

Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra)

Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan

Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant

Balacayev İzzət Zakir oğlu – baş leytenant

Behbudov Cavid Ədalət oğlu – baş leytenant

Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra)

Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra)

İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra)

Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra)

Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra)

Hüseynov Yaşar Əhəd oğlu – baş gizir

İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra)

Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra)

Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra)

Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra)

Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra)

Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra)

Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir

Hüseynov Əli Rəşid oğlu – kiçik gizir

İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra)

Novruzov Amin Taciddin oğlu – kiçik gizir (ölümündən sonra)

Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra)

Abdullazadə Azər Rizvan oğlu – əsgər

Əflətov Murad İlyas oğlu – əsgər

Yaqubov Vüsal Elşən oğlu – əsgər.
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri