Icma.az
close
up
RU
Vətən müharibəsinin 12 ci günü Separatçıların liderlərindən biri məhv edilir

Vətən müharibəsinin 12 ci günü Separatçıların liderlərindən biri məhv edilir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

2020-ci il oktyabrın səkkizi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on ikinci günü. Əməliyyat planına uyğun olaraq, bütün tədbirlər fasiləsiz olaraq davam edir.

Oxu.Az xatırladır ki, Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də dinc əhalini və mülki infrastrukturu hədəf alır. Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Düşmənin mülki əhalini hədəfə almaqla Goranboy rayonunun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kəndin sakini, 1957-ci il təvəllüdü Türyan Tofiq qızı Quliyeva yaşadığı evdə həlak olur, evə isə maddi ziyan dəyir.

Növbəti hədəf Gəncə şəhəri olur. Düşmən tərəfindən artıq üçüncü dəfə Gəncə şəhərinə raket zərbələri endirilir. Həmçinin, Bərdə və Ağcabədi rayonlarının kəndləri və Bərdə şəhəri də atəşə tutulur. Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alır, eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər beş nəfərin yaralanmasına səbəb olur. O cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyir. O da məlum olur ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə "Toçka-U" taktiki raket kompleksindən, Gəncə şəhərinə isə "Smerç" reaktiv yaylım atəşi sistemindən atəş açıb.

Bununla yanaşı, səhər saatlarından başlayaraq düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyir. Həmin radələrdə Ermənistan ordusunun Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Böyükbəyli kənd sakinləri, 1992-ci il təvəllüdü Sədi Bəbir oğlu Cəbrayıllı və 1977-ci il təvəllüdü Hürü Talış qızı Quliyeva avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilirlər. Bir sözlə, döyüş meydanında ağır məğlubiyyətə düçar olan düşmən ordumuzun uğurlarına yeni mənfur əməlləri ilə reaksiya verir.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir. Belə ki, əvvəlcə ordumuz tərəfindən Ermənistanın milli qəhrəmanı Vartan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı ələ keçirilir. Bu, müharibənin gedişində düşmənin ələ keçirilən ikinci döyüş bayrağı olur.

Bununla yanaşı, ordumuzun əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən olan Yervand Qaciyan da məhv edilir.

Müdafiə Nazirliyi isə gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımlayır.

Həmçinin, yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolonu artilleriya atəşi ilə məhv edilir.

Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edildiyi növbəti videogörüntüləri yayımlayır.

Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

Bir sözlə, müharibənin on ikinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri