Icma.az
close
up
RU
Vətən müharibəsinin 18 ci günü Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir

Vətən müharibəsinin 18 ci günü Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

2020-ci il oktyabrın 14-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on səkkizinci günü.

Oxu.Az xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin bəzi istiqamətlərində mövqelərimizə hücum edən düşmən itki verir və geri oturdulur. Xeyli sayda döyüş texnikası sıradan çıxarılır. Həmçinin Ermənistan ordusunun Gəncə, Mingəçevir və digər şəhərləri hədəfləyən əməliyyat-taktiki raket kompleksləri dəqiq zərbə ilə məhv edilir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd "T-72" tankı, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "Osa-AKM" zenit-raket kompleksi, bir ədəd "PDM-2", bir ədəd "KS-19" zenit topu, iki ədəd "D-30" haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Düşmənin silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur. Nəticədə, Tərtərin Narlı kəndində bir nəfər mülki şəxs həyatını itirir. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz, Ağdamın Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi zamanı isə bir nəfər yaralanır. Günorta saatlarında cəbhənin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı məhv edilir.

Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Füzuli və Xocavəndin bəzi kəndlərini işğaldan azad etdiyini açıqlayır.

Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibəsində müharibə ilə bağlı Azərbaycana yönələn ittihamlara nöqtə qoyur:

"Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir".

Bir sözlə, müharibənin on səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri