Icma.az
close
up
RU
Vətən Savaşçıları abidələri necə tikilməli?

Vətən Savaşçıları abidələri necə tikilməli?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əlisafa MEHDİ
ULUS Fondunun Himayə Şurasının üzvü

Himayə Şurasının üzvü olduğum "Ulus" Fondu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətən Savaşçıları abidələri"nin monitorinqi, tikiləsi abidələrin optimal stilizasiya olunması barədə təkliflərin hazırlanması" layihəsini icra edib. Mövzunun vacib və aktual oduğunu nəzərə alıb layihə üzrə ekspertlərin təkliflərini oxucularla bölüşmək istədim.

Yurdumuzun sərhədləri və suverenliyimiz tam bərpa olunandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində dedi: "Milli qürur subyektlərimiz olan vətən keşikçilərimiz ən vacib mənəvi resurslarımızdan biri kimi dəyərləndirilməlidir".

Cənab Ali Baş Komandanın bu çıxışında da bəyan olunduğu kimi, Qazilik və Şəhidlik anlayışı milli ruhun formalaşmasında xalqların ən dəyərli mənəvi resurslarındandır. Bu mənəvi sərvəti dəyərləndirən xalqlar qəhrəmanlıq tarixini və ənənəsini yaşatmaq, milli ruhu gücləndirmək, əbədiləşdirmək üçün "Bura mənim vətənimdir!" deyə torpağa möhür vururmuş kimi abidələr tikir, igid oğullarının xatirəsini uca tuturlar. Dünyanın qabaqcıl ölkələrinə səfərlərimiz zamanı adətən ilk olaraq o ölkələrin elmi-ədəbi-hərbi keçmişini görkə gətirən abidələrini, ulkan tikinti mənzərələrini seyr edir, muzeylərinə gedir, xalqları yaratdıqları maddi-mədəni zənginlikləri ilə dəyərləndiririk.

Anlaşılır ki, qalib xalqın mənəvi zənginliyinə nail olmaq - azərbaycançılıq ideologiyasının bitgin mənzərəsini tanıtmaq, cəmiyyətin ideoloji bazasını gücləndirmək, gənclərin sosial düşüncəsini formalaşdırmaq, milli mənafeyi qəhrəmanlara layiq davranışla qorumaq üçün Savaş dəyərlərini öndə tutmaq çox vacib şərtlərdəndir. Biz bu fürsəti qaçırmamalıyıq!

İkinci Dünya savaşı bitəndən qısa müddət sonra SSRİ-də vətən qoruyucularına abidələr ucaldıldı. Həmin memarlıq və heykəltaraşlıq örnəkləri qalib ordunun xilaskar qüdrətini, arxa cəbhədə qalan, cəbhə üçün əlindən gələni edən insanların dəyanətini ifadə edir. Bu xatirə komplekslərinin əzəməti gənclərin vətənə, dövlətə, orduya sevgi və ehtiramının formalaşmasında mühüm rol oynayıb.

Vətən uğrunda döyüşənlərin şərəfinə ucaldılan abidələr, anım səhnələri sadəcə xatirə tikintisi deyil, həm də milli ruhun xarakterini cızan əsərdir. Abidənin hər bir elementinin mənası və məqsədi olur - millətin savaşlarla ötmüş tarixini yaşadır, keçmişin ağırlığını, gələcək özgürlüyü qorumağın əzmini göstərir.

Ustad dəyəri ilə ucaldılan abidələrdə yurdqoruma igidliyini göz önünə gətirmə gerçəkliyi savaşların tarixini yaddaşlarda daim sərgiləyə bilir - quruluşunun mükəmməlliyində ifadə olunan dramatikliklə, əzəmətlə insanlarda qürur duyğusu oyadır, həm savaşın amansızlığını, həm gücün qüdrətini, həm də qələbənin sevincini yaşadır. Məhz yüksək sənətkarlıqla, əzəmətli görünüşlə tikilən abidələr əbədiyaşarlıq qazanır. Abidə sadəcə daş və metal olmaqlıqdan çıxır, hər bir detalı insanlıq ruhunu yaşadan, keçmişin görüntülərini cızıb da gələcəyə ötürən bir örnək, bir ideya və mənəvi yükün ifadəsi olur.

Qarabağ savaşı bitdi. Ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən savaşlarda əsgəri borcunu ödəyən Vətən Savaşçıları hər birimizin qürur ünvanımız oldu. Cəmiyyətin onlara münasibəti milli ideoloji kurs, dəyər və layiqlik örnəyi oldu, döyüş səhnəsində qələbə uğrunda canını əsirgəməyən Vətən övladlarına hər bir yaşayış məntəqəsində anım divarları, şəhid bulaqları tikildi, büstlər, heykəllər qoyuldu.

Bu uca milli-mənəvi sərvətimizin durumunu öyrənmək üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə kənd və şəhərlərimizi aradıq, savaşçılarımız adına tikilmiş abidələri, anım yerlərini ziyarət etdik.

Razılaşa bilərik ki, uzun sürən atəşkəs dövrü, üzgün savaş itkilərinin çoxluğu yaddaşımıza şəhidliyi hopdurmuşdu. Bu sürədə bütün şəhərlərdə şəhidlər xiyabanı, kənd və qəsəbələrdə ayrı-ayrı şəhid adına yüzlərlə anım divarı, şəhid bulaqları tikilməsi ənənəsini doğurmuşdu.

Qazanılmış böyük qələbədən sonra durum dəyişdi, yeni gerçəklik döyüşçülərimizin adına tikiləsi abidələrin məzmununa yenidən baxmağımızı gərəkli etdi. Biz öz təkliflərimizi topladıq. İndi isə bu mövzuda ekspertlərlə etdiyimiz geniş müzakirələrin yekununu oxucularla bölüşmək istədik.

Araşdırmamız gedişində müəyyən etdik ki, şəhid adına tikilmiş anım yerləri, çox vaxt şəhidin qohumları və ya kimsə tərəfindən qeyri-peşəkar qaydada tikilir. Layihə eskizlərini memarlar cızmır, ayrı-ayrı şəxslərin istək və tələbinə uyğun olaraq ustaların fantaziyası ilə tikilir. Çox vaxt uyğun olmayan yerlərdə, basırıqda, yolkənarı tozanaqa, bəzən qəbiristanlıq yaxınlığında qeyri-peşəkar formada tikilmiş bu anım yerləri daha çox ölümü, kədəri, məyusluğu, itkini təsvir edir, Vətən Savaşında qazanılmış qələbənin əzəmətini ifadə etmir.

Bayram günlərində, zəfər törənində şəhidlərin xatirəsinə inşa edilmiş bulaqların, anım divarlarının əhatəsində toplantılar keçirilir. Bu abidələrin, xatirə tağlarının, bulaqların, yaxud lövhələrin əksəriyyəti müəyyən zaman keçimində baxımsız qalır, ömrü uzun olmur, ziyarətçilərdə ikrah oyadır. Şəhid bulaqları, anım divarları abidə kimi tikilmədiynə görə inventarlaşdırılmır, uyğun qurumların balansında olmur deyə qorunmur.

Böyük Zəfərimizdən illər keçir. Müəyyən etdik ki, ölkəmizdə yalnız Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərlərində örnək olası "Zəfər" abidəsi ucaldılıb.

Şəhid olanları döyüş səhnəsindən çıxardan, yaralıları həkimlərə yetirən, sonacan döyüşüb savaşı qələbə ilə başa çatdıran, Şuşaya qələbə bayrağını sancan, taleyinin buyruğu ilə sağ qalıb da döyüş anlarını-günlərini hekayələndirən, sonra da o anların ağrılı xatirələri ilə yaşayan döyüşçülərimizi təsvir edən əsgərin də haqqını tanımaq, abidə örnəklərini heç olmasa şəhidli-qazili bütün savaşçıların adına ucaltmaq, yəni Vətən Savaşçılığında xidməti olan hər bir döyüşçünün adının əbədiləşdirilməsi yaxşı olmazmı?

O cümlədən, araşdırmamızdan aydın oldu ki, dövlətçiliyi qurulmuş, milləti formalaşmış Azərbaycanda batal, yəni savaş heykəltaraşlığı hələ də özünün əzəmətli örnəklərini yaratmayıb.

Bir sözlə, Vətən savaşçılığını ifadə edən abidələrlə bağlı yeni ciddi düşüncə ortaya qoyulmalıdır. Bu sayaq abidələrin həm milli, həm də dünya memarlığı ilə uzlaşan məzmunu yaradılmalıdır.

Gəzintimiz boyunca II Dünya savaşından qalma abidələrin çoxunun baxımsız, yiyəsiz, uçulub-sökülmüş durumda olduğu ilə rastlaşdıq. Sayı yüzlərlə olan bu abidələrdən yalnız 14-nü Mədəniyyət Nazirliyi pasportlaşdırıb. Bu abidələr heç bir qurumun qorumasında deyil. SSRİ adında dövlət yıxılması ilə öz ideoloji əsasını da itirdi. İndi o abidələrin ya sökülməsinə, ya da böyük qələbəmizin abidələşməsi ilə uzlaşdırılaraq yenilənməsinə gərək yoxdurmu?

Tanınmış memarlarımız, rəssam-heykəltaraşlarımız ekspert olaraq dedilər ki, incəsənət və arxitektira qaydalarına və normativlərinə uyğun olaraq:

- Abidə vətənə sevginin əzəmətini sərgiləyən, ehtiram duyğularına layiq obrazla tikilməlidir.

- Abidə səssiz dili ilə döyüşün, qəhrəmanlığın, xilaskarlığın dramatizmini ifadə etməli, ziyarətçilərin duyğu və düşüncələrində qürurun, iftixarın həyacanını oyatmalıdır.

- Abidə əsasən gənclərin ziyarət etmələri üçün uyğun-ortalıq yerlərdə, kəndin, qəsəbənin ən cazibəli guşəsində tikilməli, parklaşdırılmalıdır.

- Abidə ölçüsünə, məzmununa uyğun olan ərazidə, hündürlükdə tikilməlidir. Yaxınlıqdakı tikililər onun əzəmətinə kölgə salmamalıdır.

- Abidə uyğun dövlət orqanında pasportlaşdırılmalı, inventarlaşdırılmalı, bələdiyyələrin balansında qorunmalıdır.

- Abidələrin ucaldılması istəyi olanda memarlar, heykəltaraşlar arasında müsabiqə elan olunmalı, ən yaxşı əsəri ustad mütəxəssislər seçməli, məzmunun tamlığı üçün tikintisinə axıracan nəzarət etməlidirlər.

Ekspertlər onu da dedilər ki, Vətən Savaşçılarının adına tikiləcək abidələr ümumiləşdirilməli, yaşayış məskənindən döyüşə gedib şəhid və ya qazi olmuş bütün döyüşçülərin xatirəsini ifadə etməlidir.

Bu şərtlərin gözlənilməsi, tikiləsi abidələrin memarlıq üslublarına uyğun qurulması üçün Mədəniyyət Nazirliyində Ekspert Komissiyası yaradılıb. Abidənin tikilməsi təşəbbüsləri öncə memar studiyalarında və heykəltaraş emalatxanalarında cızılır, hazır eskizlərə bu komissiyada baxılır, mütəxəssislərin imzası ilə layihələrin tikilməsinə müsbət rəy verilir.

Estetik, məzmunlu abidələr ideoloji baxışları dəyişir, Vətən savaşçılığının məzmununu daha layiq ifadə edə bilir, torpaq uğrunda min illərdən bəri canından keçən milyonlarla soydaşımızın ümumiləşmiş ziyarətgahına çevrilir.

Belə abidələr fərdi himayəçilikdə olmur, dövlət tərəfindən inventarlaşdırılır və bələdiyyələrin xidməti səlahiyyətinə verilir, qorunur, zaman-zaman təmir və təmin edilir.

Bu dəyərdə cızılmış abidələr arxitektura və heykəltaraşlıq normativlərinə uyğun olur, yaşayış məskəninin görükən-seçilən yerində tikilir, kənd, qəsəbə bu abidələrlə abadlaşır, gözəlləşir, vətəndaş məmnunluğu yaradır. Bu abidələr bizim köklərimiz, ruhumuz, kimliyimiz adına zamanla silinməyəcək bir tarix olur. Yaşayış yerlərinin abadlaşdırılmasında, insanların mənəvi kultivasiyasının zənginləşməsində, vicdan və borc duyğularının qalxınmasında mənəvi, ideoloji təsirini buraxır, qürurumuzun simvolu olur.

Ümid edirik ki, zaman keçidində bütün yaşayış məntəqələrində böyük qələbəmiz adına möhtəşəm abidələr tikiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see221

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see165

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see164

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see131

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see128

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see126

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see123

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri