Icma.az
close
up
RU
Vətən vurğununun Güney Azərbaycan həsrəti

Vətən vurğununun Güney Azərbaycan həsrəti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Səməd Vurğun – 120

Bu il Səməd Vurğunun anadan olmasının 120 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Xalq şairinin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Böyük şairin 120 illik yubileyi münasibətilə silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Onun yaradıcılığı qardaş Türkiyə mətbuatında da geniş işıqlandırılır. Bu istiqamətdə Türkiyə Ərzincan Universitetinin professoru Əli Kafkasiyalının Səməd Vurğuna həsr etdiyi silsilə məqalələr xüsusi maraq doğurur.

Qeyd edək ki, Əli Kafkasiyalı Azərbaycan ədəbiyyatı və aşıq sənəti sahəsində tanınmış tədqiqatçılardandır. O, bu mövzularda çoxsaylı elmi əsərlərin, o cümlədən Türkiyədə nəşr olunmuş “Səməd Vurğun” adlı monoqrafiyanın müəllifidir. Alimin böyük şair haqqında qələmə aldığı məqalələrdən birini oxucularımıza təqdim edirik.

Azərbaycan xalqının XX əsr korifey şairi 1950-ci ildə yazmışdı: “Biz inanırıq ki, İran Azərbaycanı şairləri qəhrəman xalqları ilə birlikdə inkişaf edəcək və güclənəcək; vətənlərini azad görəcək, öz xalqlarının səadəti haqqında yeni və gözəl şeirlər yazacaqlar”.

Qafqazın bağrından yüksələn elə bir səs vardır ki, onun misralarında bir millətin yaddaşı və tarixi əks-səda verir. Səməd Vurğun bu səsin ən güclü və təsirli nümayəndələrindən biridir. Onun şeirlərində Azərbaycan parçalanmış taleyin və ayrılıqla sınağa çəkilmiş bir millətin dərin ağrısını daşıyan simvolik vətənə çevrilir. Vurğunun poeziyasına yaxınlaşmaq, eyni zamanda, Quzey və Güney Azərbaycan arasında uzanan görünməz sərhədlərin yaratdığı tarixi hüznü hiss etmək deməkdir.

Hələ gənclik illərində Qafqazda baş verən böyük sarsıntılara şahid olan Səməd Vurğun bolşevik inqilabını, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini və sonrakı siyasi çalxantıları dərindən yaşamışdır. Bu tarixi hadisələr onun yaddaşında, sadəcə, keçib gedən olaylar kimi qalmamış, xüsusilə Güney Azərbaycanın taleyi ilə birləşərək dərin həsrət və ayrılıq hissinə çevrilmişdir. Qazax Müəllimlər Seminariyasında eşitdiyi xatirələr isə qəlbində parçalanmış bir millətin ağrısına dair silinməz izlər buraxmışdır.

Səməd Vurğunun Güney Azərbaycana baxışı yalnız siyasi məsələ deyildi; bu yanaşma dərin insani həssaslığa, simvolik və duyğusal dünyaya söykənirdi. Onun 1935-ci ildə qələmə aldığı “Təbriz gözəlinə” şeiri bu düşüncənin ən aydın nümunələrindən biridir. Şair burada Təbrizi sevgili obrazında təsvir edir. Çünki türk mədəniyyətində qadın çox zaman vətənin, sədaqətin və azadlığın rəmzi kimi qəbul edilir. Beləliklə, “Təbriz gözəlinə” əsarət altındakı yurdun zərifliyini, hüznünü və azadlıq həsrətini daşıyan obraza çevrilir.

Gözlərin dolmasın!.. Dayan bir az da!
Qəlbin də, sevgin də, dərdin də haqdır…
Azadlıq bayrağı güllü bir yazda
Təbrizin üstündə parlayacaqdır!

Şeirdə Vurğun həm ayrılığı dilə gətirir, həm də ümidi yaşadır. Araz çayına müraciətlə söylədiyi “Bir ürək ikiyə parçalanmasın!” harayı coğrafi sərhədləri aşaraq tarixi etiraza çevrilir. Araz artıq, sadəcə, təbiət ünsürü deyil, iki yerə bölünmüş bir millətin rəmzidir. Şairin ən böyük arzusu isə bu ayrılığın bir gün sona çatmasıdır.

II Dünya müharibəsi illəri bu həsrətin daha da dərinləşdiyi dövr olur. İranın işğalı, böyük dövlətlərin bölgə üzərindəki planları və sovetlərin Güney Azərbaycan siyasəti Səməd Vurğunun diqqətindən yayınmır. Rza şah Pəhləvi dövründə başlayan və Məhəmməd Rza Pəhləvi ilə davam edən prosesdə Güney Azərbaycan yenidən böyük güclərin siyasi oyunlarında alətə çevrilir.

Bu dövrdə meydana çıxan Seyid Cəfər Pişəvəri və Azərbaycan Milli Hökuməti Vurğunun ümidlərini yenidən canlandırır. Təbrizdə türkcənin rəsmi dil elan olunması, Təbriz Universiteti və Təbriz radiosu kimi mədəni qurumların açılması, milli şüurun yüksəlməsi şairin arzuladığı birliyin qısa müddətlik də olsa gerçəkləşməsi idi. Lakin bu ümid 1946-cı ildə qanlı şəkildə sona çatdı.

Təbriz küçələrində yaşanan qırğınlar, yandırılan kitablar və susdurulan səslər Vurğunun qələmində ağıya çevrildi. Onun “Yandırılan kitablar” şeiri mədəni soyqırımına qarşı yüksələn vicdan fəryadıdır. Kitabların yandırılması əslində bir millətin yaddaşının məhv edilməsi demək idi. Vurğun bu həqiqəti hayqırarkən susqun qalan dünyaya da sərt suallar ünvanlayırdı.

Bu faciənin ən ağır tərəflərindən biri beynəlxalq səssizlik idi. Nə Şərqdən, nə də Qərbdən ciddi etiraz səsləri yüksəlmədi. Məhz bu məqamda Səməd Vurğun bir millətin səsi və vicdanının təmsilçisi kimi önə çıxdı. Onun yazıları, çıxışları və şeirləri Güney Azərbaycan türklərinin tək olmadığını bildirən çağırışa döndü.

Vurğunun “Körpünün həsrəti” şeiri isə onun Güney həsrətinin zirvəsidir. Xudafərin körpüsündə dayanan qatar tarix qarşısında donub qalmış bir anın rəmzidir. Körpüdən keçə bilməmək yalnız fiziki maneə deyil, siyasi sərhədlərin insan ruhuna vurduğu zəncirin ifadəsidir. Şairin gözündə bu körpü illərlə gözlənilən qovuşmanın səssiz şahididir.

Səməd Vurğunun Güney Azərbaycan həsrəti tarixi, mədəni və milli şüurun ifadəsidir. O, şeirləri ilə yalnız ağrını anlatmamış, eyni zamanda, ümid də aşılamışdır. Onun misralarında tez-tez rast gəlinən “bahar” obrazı, sadəcə, fəsil deyil, azadlığın və yenidən dirçəlişin müjdəçisidir.

Bu gün geriyə baxanda Vurğunun qələmindən yüksələn o sarsıdıcı səs hələ də eşidilir: bir millətin qəlbi iki yerə bölünə bilməz. Tarix zaman-zaman ayrılıqlar yaratsa da, poeziya həmişə birləşdirir.

Türkcədən çevirdi:
Namiq QƏDİMOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri