Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti və hüquqi dövlət sağlam cəmiyyətin, demokratiyanın mövcudluğudur

Vətəndaş cəmiyyəti və hüquqi dövlət sağlam cəmiyyətin, demokratiyanın mövcudluğudur

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti elə məhz hüquqi dövlətdir və bu baxımdan da bunun ümumi bəşəri sərvət hesab olunması heç də təsadüfi deyil. Həmçinin onu da nəzərə almaq lazımdır ki, dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz və məhz buna görə də vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik sayıla bilməz və hüquqi dövlət haqqında danışmağa da dəyməz. Deməli, belə məlum olur ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sağlam cəmiyyətin, demokratiyanın olduğunu təsdiq edir.

Bəli, həqiqətən də sağlam cəmiyyətin, demokratiyanın olduğunu təsdiq edən məhz qanunların aliliyini təmin edən hüquqi dövlətin, eləcə də vətəndaş cəmiyyətinin mövcudluğudur. Məhz belə bir cəmiyyətdə də istər inkişafa, istər tərəqqiyə, istərsə də yüksəlişə ümid etməyə dəyər. Elə buna görə də hər bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda maraqlıdır. Ölkəmizdə qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması bu baxımda başadüşüləndir. Təsadüfi deyil ki, Azərbaycan demokratiyanın, demokratik cəmiyyətin mövcud olduğu ölkələrdən sayılır və bu da bizim üçün, ölkəmizin hər bir vətəndaşı üçün qürurverici məqamdır.

İnsanlar üçün də, dövlətlər üçün də vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını qorumaqdadır. Bir-birinin ardınca yeniliklərin ortaya çıxmasına, eləcə də dəyişikliklərin baş verməsinə, həmçinin yeni prinsplərin, yeni meyarların belə meydana gəlməsinə baxmayaraq, bütün dünyada vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna maraq heç də azalmayıb, əksinə, daha da artıb. Ona görə ki, elə yeniliklərə də, inkişafa da məhz vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz töhfələrini verməkdədir. Məhz vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu olan cəmiyyətdə ən yüksək nəticələrə ümid etməyə dəyər, çünki belə bir cəmiyyətdə vətəndaş hüquqlarının, insanların azadlıqlarını mövcudluğundan danışmaq olar və belə bir cəmiyyət tərəqqi üçün əsaslı zəmin yaradır. Hər bir vətəndaşının qarantına çevrilən Azərbaycan dövləti də məhz vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir və məhz ölkəmizdə də inkişafa, tərəqqiyə öz töhfəsini verən vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlət quruculuğu ilə bağlı hər birimiz qürur hissi keçirməkdə haqlıyıq.

Bildiyimiz kimi, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” 1991-ci il 18 oktyabr tarixində qəbul edilib və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, eləcə də vətəndaş cəmiyyətinin qurulması orada öz əksini tapıb, lakin onu da bilirik ki, bu istiqamətdə konkret işlərə, əməli tədbirlərin görülməsinə məhz Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və rəhbərliyi ilə başlanılıb. Elə buna görə də cəsarətlə deyə bilərik ki, digər istiqamətlərdə olduğu kimi, ölkəmizdə məhz vətəndaş cəmiyyətinin, eləcə də hüqiqu dövlət quruculuğunun da əsasını Ulu Öndər Heydər Əliyev qoyub. “Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməli, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı-bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyə bəyan edən Ulu Öndər dövlətin möhkəmlənməsi, yüksəlişi üçün hüquqi dövlət quruculuğunun, demokratik cəmiyyət qurmağın, islahatların aparılmasının, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə uğurlu addımlara imza atıb.

Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyev hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan etməklə yanaşı, öz məqsədinə nail oldu, hansıki biz bunun əyani şahidiyik. Biz həmçinin onun da şahidiyik ki, Ulu Öndərin başladığı dövlət quruculuğu prosesinin məntiqi nəticəsi olan demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin sürətli şəkildə inkişafı, daha geniş şəkildə formalaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilir və bu proses həm də uğurla davam etdirilir. Əsası, təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq, milli mənafelərimizin, dövlətçilik maraqlarımızın üstün tutulmasının Azərbaycan Prezidentinin yürütdüyü siyasətin qayəsini təşkil etdiyinin də şahidiyik. Şahidiyik ki, vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” məhz Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunduğunu yaxşı bilirik. Bilirik ki, bu, insan, vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl, məqsədyönlü siyasətin ən parlaq nümunəsi hesab olunmaqdadır. Əlbəttə ki, bu nümunə də öz növbəsində ölkə rəhbərimizin yürütdüyü siyasətin mərkəzində məhz insan amili durduğunu təsdiq edir.

Vətəndaş cəmiyyətinin, hüquqi dövlətin formalaşmasının əlbəttə ki, yalnız demokratik şəraitdə mümkünlüyü hər kəsə bəllidir. Buna indi zərrə qədər də şübhə yoxdur. Çünki artıq demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşlarımızın təfəkküründə və şüurunda transformasiya olunub. Artıq insanlar daha yaxşı dərk etməyə başlayırlar ki, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlət sağlam cəmiyyətin, demokratiyanın mövcudluğu deməkdir və cəsarətlə deyə bilərik ki, vətəndaş cəmiyyəti, hüququ dövlət quruculuğu ölkəmizdə demokratiyanın mövcud olmasını, Azərbaycanın demokratik ölkə olmasını bir daha təsdiq etmiş olur.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri