Icma.az
close
up
RU
“Vətəndaş, zəhmət olmasa, əlinizdəki əşyanı cihaza yerləşdirin...” Metro polislərinin bir günü REPORTAJ

“Vətəndaş, zəhmət olmasa, əlinizdəki əşyanı cihaza yerləşdirin...” Metro polislərinin bir günü REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 iyul, G.Mahmudlu, M.Cəfərov, O.Kərimov, AZƏRTAC

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız (yaxud nadir hallarda qarşılaşdığımız) üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Lakin Azərbaycanın hər vətəndaşı bilir ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz və önləyici fəaliyyətinin nəticəsidir.

İnsanların kütləvi toplandığı, sıx cəmləşdiyi məkanlar istənilən təxribat üçün ən əlverişli mühitdir. Lakin belə məqamlarda hökm sürən sabitliyi məhz hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlığının və çevikliyinin sayəsində müşahidə edə bilirik. Qısacası, istər yerin üstündə, istərsə də yerin altında – yəni, metro stansiyalarında təhlükəsizliyimiz Azərbaycan polisinin digər dövlət qurumları ilə birgə gecə-gündüz usanmadan xidməti vəzifə borcunu icra etməsinin nəticəsində təmin olunur.

AZƏRTAC-ın əməkdaşları 2 iyul – Azərbaycan Polisi Günü ərəfəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Nizami” və “Elmlər Akademiyası” stansiyalarında metro polislərinin fəaliyyətini yaxından izləyiblər.

Hər gün yüz minlərlə sərnişinin xidmətində dayanan metro polisləri fəaliyyətləri ilə əsl fədakarlıq nümunəsi göstərirlər

“Vətəndaş, zəhmət olmasa, əlinizdəki əşyanı cihaza yerləşdirin”. Müxtəlif məkanlara daha tez çatmaq üçün istifadə etdiyimiz metronun girişində bu cümləni eşitməyən yəqin ki, çox az insan olar. Metro sərnişinləri arasında qaydaları bilərək ona əməl edənlər də, özünü bilməyən kimi göstərmək istəyənlər də var. Yerli sakinlərin və paytaxta gələn qonaqların daha sıx istifadə etdiyi metroda bir kiçik səhv, diqqətdən yayınan hansısa nüans xoşagəlməz hadisəni, faciəni qaçılmaz edə bilər. Metro polisləri həm cihaza yerləşdirilən əşyaları diqqətlə analiz edir, hansısa şübhəli əşya olduqda müvafiq tədbirlər görür, cihaza yerləşdirilməsi mümkün olmayan çanta və əşyalara isə ayrıca baxış keçirirlər. Pik saatlarda gərgin işləyən metro polislərinin məsuliyyəti daha böyük olur. Ümumilikdə isə hər gün yüz minlərlə sərnişinin xidmətində dayanan metro polisləri fəaliyyətləri ilə əsl fədakarlıq nümunəsi göstərirlər. Onların öz xidməti vəzifə borclarını layiqli icra etmələri nəticəsində metro istifadəçilərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.

Metropolitendə ictimai asayiş müasir avadanlıqlardan istifadə olunmaqla qorunur

Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısını operativ şəkildə almaq iqtidarındadır. Sevindirici haldır ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli AZƏRTAC-a müsahibəsində bildirib ki, metropolitendə ictimai asayişin qorunması və sərnişinlərin təhlükəsizliyinin təmin olunması nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır. Həmin istiqamətdə metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən gündəlik olaraq bütün zəruri tədbirlər görülür. Ümumiyyətlə, metropolitendə bütün texniki imkanlar mövcuddur və nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir. Metro stansiyalarında olarkən şübhə doğuran şəxslərin yoxlanılması, həmçinin qadağan olunmuş əşyaların metropoliten ərazisinə buraxılmasının qarşısının alınması müasir avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Metro stansiyalarında olarkən təhlükəsizlik qaydalarını pozan şəxslər polislər tərəfindən kamera, edilən vətəndaş müraciətləri əsasında, yaxud birbaşa aşkarlanarsa, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”.

Onlar həm vətəndaşların təhlükəsizliyini qoruyur, həm onlara kömək edir, həm də xoş günlərini bölüşürlər

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Əlbəttə, vətəndaşların konstitusion hüquqlarını qorumaq, əmin-amanlığın keşiyində mətanətlə dayanmaq yüksək keyfiyyətlərə malik bir polis işçisinin öhdəsindən gələ biləcəyi bir işdir. Bunun üçün onun cəldliyi, qorxmazlığı və hər hansı bir davranışı, baxışı anında sezə, təhlil edə bilmək bacarığı olmalıdır. Metropolitendə sərnişinlərin bəzən həddən artıq sıx toplaşdığı zamanlarda hər hansı bir xoşagəlməz hadisəni önləmək isə olduqca çətindir. Bunun üçün metro polislərinin işi təkcə girişdə əşyaları və şübhəli şəxsləri yoxlamaqla yekunlaşmır, onlar eskalatorlarda, vestibüllərdə dayanmadan hərəkət edir, sərnişinlərin maneəsiz gediş-gəlişinə, təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarəti həyata keçirirlər.

Bundan əlavə, metroda sərnişinlər kömək üçün güvənli şəkildə polislərə müraciət edirlər. Kimisi gedəcəyi yolu soruşur, kimisi nəqliyyat kartının balansını artırmaq üçün yardım istəyir, kimisi isə səhhətində yaranan problemə görə polisi səsləyir. Bütün hallarda metro polisləri sərnişinlərin bütün çağırışlarını və müraciətlərini dinləyir və əllərindən gələn dəstəyi göstərirlər. Onlar gündəlik müxtəlif xarakterlərdə, fərqli əhvallarda olan sərnişinlərlə qarşılaşır, hər birini səbir və təmkinlə yola salmağı bacarırlar. Bəzən isə uzun illər eyni metro stansiyasından istifadə edən sərnişinlərlə metro polisləri arasında doğmalıq yaranır, həmin şərəfli və məsuliyyətli peşə sahiblərinə öz minnətdarlıqlarını təbəssüm və hal-əhval tutmaqla ifadə edirlər. Sərnişinlər arasında xoş günlərini polis işçiləri ilə bölüşənlər də az olmur...

Əminik ki, ölkəmizdə sabitliyin, ictimai rifahın və təhlükəsizliyin qarantı olan polislərimiz bundan sonra da vəzifə borclarına sadiq qalaraq onlara bəslənən inam və etimadı doğruldacaqlar. 107 yaşın mübarək, Azərbaycan polisi!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri