Icma.az
close
up
RU
Vətəndaşlar saxta psixoloqlardan necə qorunsun? Psixoloq rəyi

Vətəndaşlar saxta psixoloqlardan necə qorunsun? Psixoloq rəyi

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə ölkədə psixoloq xidmətlərinə tələbat artdığı kimi, psixoloqların sayı da çoxalıb. Lakin bu artım hər zaman keyfiyyətin yüksəlməsi demək olmur. Bir çox insanlar təcrübəsiz və ya peşəkarlıq səviyyəsi aşağı olan psixoloqlardan narazıdır. Bu vəziyyət psixoloji yardımın düzgün şəkildə yayılmasına mane olur. Azərbaycanda psixoloq xidmətlərinin keyfiyyəti niyə aşağıdır? Bu sahədə hansı dəyişikliklər vacibdir? Vətəndaşlar saxta psixoloqu necə ayırd edə bilər? Tövsiyyələriniz nədir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən detektiv yazıçı, psixoloq Elbrus Kəlbiyev bildirib ki, ölkəmiz üçün psixoloq, psixoloji yardım kimi terminlər yenidir. Yalnız son dövrlərdə insanlar psixoloqlara müraciət etməyə başlayıblar. Bu sahədə tələb artdıqca təklif də çoxalıb.

Psixoloqun sözlərinə görə, bu kapitalizmin əsas qanunudur. Sovet dövrü və ondan sonrakı vaxtlar psixoloq ixtisası üzrə ali təhsil almaq o qədər də geniş yayılmamışdı. Odur ki, bəzi insanlar tələbi görüb müəyyən, qısamüddətli kurslar keçərək bu sahədə çalışmağa başladılar və bu səbəblə bacarıq səviyyəsi çox aşağı olan “yalançı psixoloqlar”ın yaranmasına səbəb oldu. Pul qazanmaq üçün bir meydan yarandı və bir çox fırıldaqçılar bundan məharətlə istifadə edirlər.

“Psixoloqa müraciət edən insanlar, onların yaxınları ilk növbədə psixoloqa və ya psixoterapevtə müraciət etməli olduqlarını müəyyən etməlidirlər. İnsan psixikasının bu və ya digər pozulması hallarında bir sərhəd var ki, həmin sərhəddən o tərəfə psixoloq saatlarla söhbət etsə də, müəyyən psixoloji yardım yollarından istifadə etsə də heç bir kömək edə bilməz. Çünki artıq sadə psixoloji problem mürəkkəb hal alaraq beyində bio-kimyəvi prosesə çevrilib. Burada mütləq dərman terapiyası və xüsusi həkim bilikləri lazımdır. Məsələn, mən bura “Depressiya”nı misal gətirə bilərəm. Depressiya artıq psixoterapevtin fəaliyyət zonasıdır. Depressiyadan əvvəlki stress halında isə psixoloqun köməyi ola bilər. Depressiyadan sonra gələn Nevrotik reaksiya, bipolyar pozuntu…ta ki, şizofreniya, psixopatiya kimi xəstəliklər də əlbəttə həkimlərin nəzarətində olmalıdır. Stress və ona qədər yaranmış psixoloji problemləri psixoloqların köməyi ilə həll etmək olur.

Psixoloqların keyfiyyətini artırmaq üçün əlbəttə onların ali təhsil alması, üzərilərində çalışması, bütün digər sahə mütəxəssisləri kimi təcrübə qazanmaları vacibdir. Bu sahədə təhsilin keyfiyyətini artırmaq, nəzarəti gücləndirmək, saxta psixoloqları aşkara çıxarıb bu sahədən uzaqlaşdırmaq laxımdır”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyun 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri