Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Kənanla Afranın serialında o da olacaq Foto

Dünya çempionu klubunu dəyişdi

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Vətəndaşlardan Şeyxə müraciət: Haqq səsimizə səs verin

Vətəndaşlardan Şeyxə müraciət: Haqq səsimizə səs verin

Icma.az, Ayna saytına istinadən bildirir.

“Xahiş edirik, Cənab Prezidenti məlumatlandırın: xalqın haqqını, dövlətin tarixi sosial ədalət siyasətini tapdayan məmurlara mane olunmalıdır”

İllərdir tapdanmış haqlarının bərpası uğrunda mübarizə aparan dövlət özəlləşdirmə çekləri-payları (DÖÇ-DÖP) sahiblərini birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislamı Hacı Allahşükür Paşazadəyə müraciət edib. AYNA.AZ müraciəti təqdim edir:

“Ulu Öndər Heydər Əliyev tərəfindən Qanunla verilmiş özəlləşdirmə paylarını (çeklərini) – Miras Əmlak Paylarını satmayıb ümidlə saxlayan ailələr adından Sizə müraciət edərik. Sizdən Müzəffər Ali Baş Komandanın, Cənab Prezidentin nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımcı olmağınızı xahiş edirik.

Kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib.

(Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı, Prezident Sarayı, 7 mart 1995-ci il)

Müqəddəs “Quran” ayələrində başqasının, yetimin malını yeyənlər barədə cəhənnəm hökmünün olduğu, onların öz ailə və övladlarına haramla ziyan vurduqları barədə, hətta başqasının malının talan edildiyini görüb susanlar barədə aydın yazılıb. Biz bilirik ki, dini qurumlar dövlətin işinə qarışmır. Lakin bu qanunsuzluq dövlət işi və siyasət deyil – CİNAYƏTDİR! Qeyri-hökumət təşkilatı və vətəndaş olaraq hamı qarşısında Qanunla qoyulmuş tələbdir.

Mülki Məcəllə, Maddə 17. Mülki hüquqların müdafiəsi.

17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qanunla öz vətəndaşlıq borcunu yerinə yetirməyənlər – öz şərəf və ləyaqətlərinə hörmət etməyən vətəndaşlardır.

Şeyx Həzrətləri!

Son illərdə 30-dan çox deputat, onlarla hüquqşünas alim, iqtisadçı ekspert, alim, YAP ağsaqqalı, yüzlərlə müxtəlif sahələr üzrə tanınmış şəxs xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər. Ancaq cənab Prezidentə birbaşa çıxışı olan Milli Məclis üzvləri və Prezident Aparatının məmurları cənab Prezidentə düzgün və tam məlumat vermirlər.

Sizdən bu müraciətə əlavə olunan dövlət orqanlarının rəsmi sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumaları, cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulması üçün bəzi məmurlara və bəzi hakimlərə qarşı cinayət işi açılmasını, hüquqşünasların və hakimlərin hüquqi səhvlərinin aradan qaldırılmasının təmin edilməsi ücün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil.

Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İCRA ETMƏDİLƏR. İndi isə “Cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb”, - deyərək, qəsdən Cənab Prezidentə böhtan atırlar. Bu isə Qanunla korrupsiya cinayətidir. Bu yolla həmin məmurlar, bəzi hakimlərin də vasitəsilə, öz qanunsuz əməllərini dövlət başçısının üzərinə atmaq istəyirlər.

Hətta, eşitdiyimiz məlumatlara görə, Prezident Aparatında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların Cənab Prezidentə və dövlətə olan riyakar münasibətlərindən xəbər verir.

Artıq 6 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-1781/2025 saylı iş üzrə icraat aparılır. Biz inanırıq ki, Ali Məhkəmə özü bu iş üzrə obyektiv araşdırma apararaq qanuni və əsaslı, ən mühümü ƏDALƏTLİ qərar qəbul edəcək. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi-yalan məlumat əsasında “Cənab Prezidentin özəlləşdirmə çeklərini fərmanla dövriyyədən çıxardığını” qəbul edən, bu yalan məlumata Konstitusiya və qanunlara zidd olaraq hüquqi qüvvə vermək istəyənlər və Cənab Prezidentin fərmanını öz istədikləri kimi yozan hakim və məmurlar  – CİNAYƏT EDƏRƏK  qəbuledilməz hüquq pozuntusu törədirlər.

Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi qəbuledilməzdir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının başqa bir vətəndaşın 2-1(102)-581/2023 saylı işi üzrə qəbul etdiyi 17.03.2023-cü il qərarının 10-cu bəndində deyilir: “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür”.

Ali Məhkəmənin həmin qərarından göründüyü kimi, əgər özəlləşdirmə çekləri qanunla dövriyyədən çıxarılmış olsaydı, mülkiyyət hüququ verən əşya kimi də məhv edilmiş olardı. Yəni, ən əsası, Ali Məhkəmə birbaşa özü təsdiq edir ki, çeklər hələ dövriyyədən çıxmayıb və ola bilər ki, Fərmanla yenidən istifadə hüququ bərpa olunsun, lakin hələlik bu barədə bu günə qədər heç bir məlumat verilməyib. Beləliklə, Ali Məhkəmə öz qərarında yazdığı əsaslandırmada yeni fərmanla özəlləşdirmə çeklərinin istifadə olunması ehtimalını aydın şəkildə yazaraq, özəlləşdirmə çeklərinin hələ də dövriyyədə olduğunu təsdiqləyib.

Hamı bilir ki, əgər belə deyilsə, məhkəmələr özəlləşdirmə çeklərinin hansı qanunla dövriyyədən çıxarılmış olduğunu təsdiq etməlidir. Əks halda Əmlak Xidmətinin və hakimlərin “Özəlləşdirmə paylarını (çeklərini) Cənab Prezident öz fərmanı ilə dövriyyədən çıxarıb” ifadəsi birbaşa Cənab Prezidenti qanun pozuntusunda – korrupsiya cinayətində günahlandırmağa çalışmaq, ölkə başçısına böhtan atmaq cəhdidir.

Hörmətli Şeyx!

Sizdən xahiş edirik, bizə kömək edin ki, Cənab Prezidentimizə böhtan atan bu şəxslər müəyyən edilsin. Məmur özbaşınalığı nəticəsində Cənab Prezidentin nüfuzuna xələlə gətirilmə cəhdlərinin qarşısı alınsın. Belə məmurlar cəzalandırılsin ki, başqa məmurlar üçün də bu nümunə olsun.

Cənab Prezident hüquqşünas deyil. Xahiş edirik, yaşanan hüquqi problem barədə dövlət rəhbərinə məlumat verəsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır.

Bu Payların (çeklərin) həm də mülkiyyət hüququ olduğu Mülki Məcəllədə - Qanunla təsdiqlənib və mülkiyyət hüququna xitam vermək isə Azərbaycan Respublikası Konstitusiyasına əsasən ancaq qanunla və əvvəlcədən kompensasiya ödəməklə mümkün ola bilər. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.

Hətta, Mülki Məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan 1078-27.1.5-ci maddəsində “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” yazılmasına baxmayaraq, Mülki Məcəllədə olan qaydadan başqa bu günə qədər HEÇ BİR BAŞQA QANUNVERİCİLİK  QAYDASI mövcud deyil.

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin qüvvədə saxladığı Bakı İnzibati Məhkəməsi hakiminin qərarında yazılıb ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələbləri barədə iddiaları mümkün sayılmasın.

Məhkəmələrin öz qərarlarının əsaslandırma hissəsindən məlum olur ki, “Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hakimlər, vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarıldığı üçün vətəndaşlar 1 illik kompensasiya müddətini ötürüb və hüquqlarını itiriblər”.

Məhkəmə iclaslarında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan – şifahi sözlə Dövlət Özəlləşdirmə Çeklərini cənab Prezidentin dövriyyədən çıxardığını iddia edərək böhtan atdılar. Hakimlər isə, bilə-bilə qanunsuz qərar qəbul edərək, Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələrinin yalanına şərik oldular.

Xahiş edirik diqqət edin: Cənab Prezident öz Fərmanında “2011-ci ilin 1 yanvarınadək istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam verməkdir və bu, ancaq Qanunla mümkündür. Əks halda bu, qanunvericiliklə korrupsiya cinayəti sayılır.

Diqqət edin! Məzh bu səbəbdən cənab Prezidentin fərmanında açıq-aydın göstərilib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı Qanunvericilik Aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.

Mülki Məcəlləyə uyğun olaraq, qanunla qiymətli kağızların dövriyyədən çıxarılması zamanı - Kompensasiya verilməsi müddəti bu barədə mətbuatda Elan verildiyi andan – yəni bu Kompensasiyanı vətəndaşlar haradan və necə əldə edəcəkləri barədə məlumatı mətbuatdan əldə etdikləri andan başlayır. 2011-2016-ci illər ərzində bu prosesə cavabdeh olan heç bir rəsmi Dövlət Orqanı tərəfindən mətbuatda elanın olmadığı halda, məhkəmələr qərarlarında qeyd ediblər ki, vətəndaşlar kompensasiya almaq üçün 1 illik müddəti ötürüblər.

Əgər mətbuatda elan verilməyibsə, vətəndaşların bu kompensasiyanı haradan əldə edəcəyi və hansı məbləğdə pul kompensasiyası alacağı barədə heç vaxt mətbuatda rəsmi məlumat olmayıbsa, bu müddət necə keçə bilər?

Məhkəmələr zamanı nə hakimlər, nə də ƏMDX-nin nümayəndələri bu sualın cavabını verdilər. Onlar SUSMAQLA öz cinayətlərini ölkə rəhbərliyinin üstünə atmaq niyyətlərini nümayiş etdirdilər.

Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, qanunla bu barədə olan elanda mütləq şəkildə vətəndaşların hər Özəlləşdirmə Çekinə uyğun olaraq ala biləcəyi kompensasiyanın miqdarı və vətəndaşların bu kompensasiyanı hansı ünvandan – hansı Bankdan, hansı formada (nağd şəkildə, yoxsa hesaba köçürmə yolu ilə) alacaqları barədə məlumatlar olmalıdır.

Cənab Prezidentin öz Fərmanında göstərdiyi kimi – Qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni ancaq Qanunla dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıla bilər. Lakin Qanun icra edilməyib - bunların heç biri olmayıb. Bütün bunları aşağıdakılar təsdiq edir:

BİRİNCİSİ: 2011-2016-ci illərdə Qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz rəsmi saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-ci illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb.

Qiymətli Kağızlar Komitəsinin rəsmi saytının arxivindəki Sual-Cavab bölməsində “Hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir” sualına cavab olaraq “özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” yazılıb. Bu məlumat 2011-2016-cı illər ərzində Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edir.

Hətta, “Facebook”da 42 min ailəni özündən birləşdirən “Özəlləşdirmə Çekləri” qrupunda təmsil olunan ziyalılar 2011-2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar Komitəsinə müraciət ediblər. Onlara cavab olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını söyləyiblər. Deyiblər ki, “əziyyət çəkib gəlməyin, çünki, ən əvvəl Əmlak Komitəsi tərəfindən dövriyyədə qalan, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan - dövriyyədən çıxarılacaq çeklərin ümumi sayı və hər özəlləşdirmə çekinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti – nominal qiyməti manatla müəyyən edildikdən sonra Əmlak Komitəsi – bizə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəsmi müraciət etməlidir”.

Bu kompensasiya məbləği bir necə milyard manat olduğu üçün əvvəl dövlət düdcəsində təsdiq olunmalı və pul ayrılmalıdır. Ancaq bundan sonra çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra çeklərin dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək.

İKİNCİSİ: 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Özəlləşdirmə Çeklərinin Qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, “Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyıb və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur.

ÜÇÜNCÜSÜ: Cənab Prezidentin öz Fərmanında yazdığı kimi Özəlləşdirmə Çekləri Qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılmış olsaydı, çeklərini satmayıb ümidlə saxlayan yüzminlərlə ailədən heç olmasa biri kompensasiya almış olardı. Büdcəni təsdiq edən deputatların bundan xəbəri olardı.

“Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri Mərkəzi Bankın şöbə müdirləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda onlar Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elanın olmadığını deyiblər. Hətta, hər ikisi də öz ailələrində Özəlləşdirmə Çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, “əgər çeklər cənab Prezidentin yazdığı kimi qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, birinci biz bilərdik və birinci biz kompensasiya alardıq”.

Bu hüquqşünasların hər ikisi əvvəllər qanunvericiliklə çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Bazarlarına Nəzarət Palatasında şöbə müdirləri olub. Hətta onlar dediyiblər ki, dövlət orqanlarından gələn bütün rəsmi məktublar və verilən cavablar hamısı qanunvericiliyə uyğun olaraq Qiymətli Kağızlar barədə Dövlət Reyestrində mütləq qeyd olunur və dövlət tərəfindən buna səlahiyyətli olan arxivlərdə saxlanılır.

Mülki Məcəllənin 1078-27.3-cü maddəsinə əsasən, qiymətli kağızların dövriyyədən çıxarılması  haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır.

Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

İnzibati icraat haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

Maddə 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.

Əgər bunların heç biri olmayıbsa, deməli Əmlak Komitəsindəki məmurlar öz cinayətlərini ali rəhbərliyin üstünə atmaq istəyirlər.

Bakı İnzibati Məhkəməsinin və Apellyasiya Məhkəməsinin hakimlərinin qanunvericiliyi pozaraq, cənab Prezidentin Fərmanını öz istədikləri kimi xaincəsinə - yəni çeklərin qanunla deyil, Prezidentin Fərmanı ilə dövriyyədən çıxarıldığı kimi yozması, heç bir hüquqi fakta və rəsmi sənədə əsaslanmadan – şifahi deyilmiş bir söz əsasında qərar qəbul etməsi Cənab Prezidentə və Xalqa qarşı cinayətdir.

Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, mütləq hansı qanunla çıxarıldığı əsaslandırılmalıdır. Çeklərin fərmanla dövriyyədən çıxarılmasının qanunvericiliklə korrupsiya cinayəti olduğunu bütün hüquqşünaslar gözəl bilir. Bu səbəbdən də oliqarx məmurların cinayətini cənab Prezidentin üstünə atmaq istəyən və bu yalana hüquqi qüvvə vermək istəyənlərin üzə çıxarılması və cəzalandırılması vacibdir. Bu oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, xalqın, çek sahiblərinin onlara olan nifrətini və qarğışını ölkə başçısına yönəltsinlər.

DÖRDÜNCÜSÜ: Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yəni mülkiyyət hüququna fərmanla xitam verilmiş olsaydı, Cənab Prezident 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərman ilə 10 avqust 2000-ci il  “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 383 nömrəli Fərmanında dəyişiklik edərdimi?

Həmin dəyişiklikdə deyilir: “4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”.

Bu Fərman bir daha təsdiq edir ki, Özəlləşdirmə Payları (çekləri) başqa bir Qanunvericilik Aktı ilə yenidən istifadə oluna bilər – yəni Özəlləşdirmə Çekləri Qanunla dövriyyədən çıxarılmayıb. Eyni zamanda Cənab Prezidentin yeni sərəncamı ilə Yeni Özəlləşdirmə Qanunu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq 2025-ci ildə Milli Məclisin müzakirəsinə veriləcək.

Deməli, Yeni Özəlləşdirmə Qanununda Özəlləşdirmə Paylarının (çeklərinin) yenidən ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunması planlaşdırılır. Sadəcə qiymətli kağızlardan (çox güman ki, vacib səbəblərdən fərmanla) ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi müvəqqəti – hələlik dayandırılıb.

Güman edirik ki, tezliklə BÖYÜK Özəlləşdirmə Qanunu ilə Çeklərə inflyasiyadan qorunan YENİ qiymət qoyularaq, onlardan dövriyyədə yenidən ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunacaq. Yəni, Özəlləşdirmə Payları (çekləri) Qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, Cənab Prezident heç vaxt belə bir Fərman verməzdi.

Cənab Şeyx!

Cənab Prezidentə və Xalqa qarşı cinayətin, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin məhkəmələr tərəfindən aradan qaldırılması Cənab Prezidenti sevən bütün qeyrətli vətəndaşların borcudur. Lakin bəzi hakimlər cinayət edərək, oliqarx məmurlarla əlbir olaraq Cənab Prezidentə böhtan atır, onu nüfuzdan salmaq istəyirlər.

Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident Özəlləşdirmə Çeklərini dövriyyədən çıxarmayıb. Çünki bu səlahiyyəti Cənab Prezident özünün imzaladığı qanunvericiliklə başqa Ali Dövlət Orqanlarına verib.

Özəlləşdirmə Çeklərini satmayan vətəndaşlar Baş Prokurora və daha 17 dövlət orqanına müraciət ünvanlayaraq xahiş ediblər ki:

Birincisi, məhkəmələrə təqdim etdikləri  Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edən və Cənab Prezidentin üstünə böhtan atıldığını sübut edən 2 Ali Dövlət Orqanı tərəfindən verilmiş rəsmi sənədlərin və kompüterdə olan rəsmi məlumatların yalan və ya saxta informasiya olduğu aşkarlanarsa, bu halda vətəndaşları aldadaraq cinayət etmiş bu 2 ali dövlət orqanında işləmiş və bu gün yaşayan məmurlar, o cümlədən Rüfət Aslanlı barəsində cinayət işi açılması təmin edilsin. Belə ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs və eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313.1-ci maddəsinə əsasən cinayətdir.

İkincisi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iclaslarında yalan məlumat verərək – başqa bir ifadə ilə cinayət əməli törədərək, Cənab Prezidentə böhtan ataraq, adına və ləyaqətinə ləkə salmaq istəyən məmurlar və onları bu yalan informasiyanı məhkəmə iclasında demək üçün göndərən bütün məmurlar, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev barəsində cinayət işinin açılması təmin edilsin.

Üçüncüsü, heç bir hüquqi əsas olmadan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi məlumat əsasında bilə-bilə ədalətsiz qərar çıxarmış Baki İnzibati Məhkəmənin hakimi Emin Abdullayev, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rəşid Səmədov, Xəyalə Cəmilova və Elvin Əliyev barəsində cinayət işinin açılması təmin edilsin.

Dördüncüsü, əldə etdiyimiz məlumatlara görə, Prezident Aparatında da çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq göstəriblər. Bu səbəbdən xahiş edirik ki, Prezident Aparatında məhkəmələrə göstəriş verərək Cənab Prezidentin adına xələl gətirməyə çalışan məmurların kim olduğu araşdırılaraq – cinayət məsuliyyətinə cəlb olunmaları təmin edilsin. Prezident Aparatında olan bəzi məmurların bu cinayətlə əlaqəli olduğu ehtimalının çox böyük olduğunu nəzərə alaraq, cənab Prezidentə birbaşa cıxışı olan ziyalılardan artıq dərəcədə xahiş edirik ki, bu cinayətlər barədə özünüz şəxsən Cənab Prezidentə məlumat versinlər.

Şeyx həzrətləri!

Sizin dostlarınız və qohumlarınız arasında da öz çeklərini qanunvericiliyimizə, dövlətçiliyimizə və Ulu Öndər Heydər Əliyevin Xalqa Vədinə inanaraq satmayanlar var. Bu sualların cavabı hamını narahat etməlidir:

1) Qanuna - Mülki Məcəlləyə uyğun olaraq Dövlət Qiymətli Kağızı olan çeklərin dövriyyədə tədiyyə-ödəmə vasitəsi kimi istifadəsi başa çatandan sonra, dövriyyədən çıxarılması üçün vətəndaşlarə çatacaq kompensasiyanın miqdarı və hansı bankdan ala biləcəkləri barədə elan mətbuatda nə vaxt verilib?

2) Mülkiyyət hüququna kompensasiya üçün ayrılmış maliyyə vəsaitləri milyardlarla manat təşkil edir. Əgər bu vəsaitdən bir manat da heç bir vətəndaşa verilməyibsə, milyardlarla manatın taleyi necə oldu?

P.S. Biz hamımız gözəl bilirik ki, belə elan olmayıb. Çünki əgər Konstitusiya və Qanunlara uyğun olaraq maliyyə vəsaiti ayrılmış olsaydı, heç olmasa, bir deputatın bundan xəbəri olardı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:22
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see467

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see377

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see237

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see154

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see149

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see146

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see145

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see145

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see137

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see136

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see135

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

17 Sentyabr 2025 00:09see132

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

16 Sentyabr 2025 18:32see131

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see128

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

16 Sentyabr 2025 23:19see128

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

16 Sentyabr 2025 17:32see127

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see127

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see124

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see123

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

17 Sentyabr 2025 19:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri