Icma.az
close
up
RU
Vətəndaşların NƏZƏRİNƏ: Toyuq məhsulları alarkən DİQQƏTLİ OLUN

Vətəndaşların NƏZƏRİNƏ: Toyuq məhsulları alarkən DİQQƏTLİ OLUN

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xəbərdarlıq edilən toyuq məhsullarında infeksiya riski və qida təhlükəsizliyi pozuntuları əsasən bir neçə amillə bağlıdır. Birinci və əsas risk qida təhlükəsizliyi qaydalarının pozulmasından qaynaqlanır. Toyuqların qeyri-sanitar şəraitdə kəsilməsi, saxlanma və daşınma zamanı temperatur rejiminə əməl olunmaması, çirkli alətlərdən istifadə edilməsi, eləcə də işçi heyətinin gigiyena qaydalarına riayət etməməsi məhsulun təhlükəli hala düşməsinə səbəb olur. Belə hallarda dövriyyəyə qeyri-sağlam şəraitdə kəsilmiş və saxlanılmış toyuq məhsulları buraxılır".
Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.
O, bildirib ki, digər mühüm məsələ saxlanma müddəti və temperatur rejimidir:
"Əgər məhsul üzərində göstərilən temperatur şəraitinə əməl olunmursa və saxlanma müddəti normanı aşırsa, bu zaman bakteriyaların, xüsusilə E.coli və salmonella kimi təhlükəli mikroorqanizmlərin çoxalması baş verir. Bu isə birbaşa insan sağlamlığı üçün ciddi risk yaradır".
Ekspert bildirib ki, baytarlıq nəzarətindən keçməyən toyuq məhsullarının satışı da təhlükə mənbəyidir:
"Qeyri-qanuni kəsim, saatlarla uyğun olmayan şəraitdə daşınma, kəsimdən saxlanmaya qədər olan mərhələdə 0–4 dərəcə temperatur rejiminə əməl edilməməsi məhsulun istifadəyə yararsız hala düşməsinə gətirib çıxarır. Eyni zamanda ev şəraitində saxlanma zamanı da diqqətli olmaq vacibdir. Çiy toyuq mütləq şəkildə bişmiş qidalardan ayrı saxlanmalı, çiy toyuqla təmasda olan bıçaq, lövhə və digər mətbəx alətləri sonradan başqa qidalarda istifadə edilməməlidir. Əks halda çarpaz çirklənmə baş verə bilər".
Onun sözlərinə görə, istehlakçılar xarab və istifadəyə yararsız toyuğu bir neçə əlamətə görə ayırd edə bilərlər:
"Düzgün temperaturda saxlanılmayan toyuğun səthində yapışqanlıq yaranır, turş və xoşagəlməz qoxu hiss olunur, rəngində isə tündləşmə müşahidə edilir. Bu əlamətlər təzə məhsullarda olmur. Toyuq kəsimi yalnız rəsmi, sanitar-gigiyenik tələblərə cavab verən müəssisələrdə və baytarlıq nəzarəti altında həyata keçirilməlidir. Baytarlıq nəzarəti olmadan, markalanması aparılmadan satışa çıxarılan toyuq məhsulları qanun pozuntusu hesab olunur və ciddi məsuliyyət yaradır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri