Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu Nahid Teymurzadə

Vətənin qəhrəman oğlu Nahid Teymurzadə

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində böyük igidlik və cəsarətlə vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalan minlərlə ölümsüzlüyə qovuşan oğullardan bir də 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində dünyaya göz açan Nahid Üzeyir oğlu Teymurzadədir. Əzəli yurd yerlərimiz - Qarabağın azadlığı uğrunda can qoyan, qan tökən Nahid adını şanlı tariximizə yazmaqla bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrildi. Həmçinin bir daha sübut etdi ki, torpaq qeyrətli oğulların çiynində Vətən olur. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir...
Kiçik yaşlarından ağlı, düşüncəsi, yurduna dərin məhəbbəti ilə seçilən Nihad Teymurzadə Biləsuvarın İsmətli kənd məktəbində orta təhsilini yüksək səviyyədə başa vurub. Erməni işğalçılarının ədalətsiz təcavüzü, Qarabağımızın işğalı onu daha çox narahat etdiyinə görə əsgərliyə gedib, Vətənin keşiyində durmağı hər şeydən üstün bilib. 2015-ci ilin oktyabr ayında ordu sıralarına yollanıb, ilk gündən övladlıq borcunu vicdanla yerinə yetirməyə başlayıb, zabitlər, əsgərlər arasında hörmət sahibi olub. Vətənpərvərlik ruhu, düşmənə qarşı nifrət hissi hər işdə ona uğur gətirib. Eləcə təlimlərdə fəallıq göstərməklə o, hərb sahəsində zəruri olan bir çox bilik və vərdişləri dərindən mənimsəyib. Bir qayda olaraq Qarabağın işğalına qarşı barışmaz mövqe ortaya qoyan əsgər Nihad: “Müharibə başlanan kimi ön sırada mən gedəcəyəm, son qarış Vətən torpağının azad olunacağı günədək düşmənlə vuruşaram” –deyib və işğalçılardan qisas almağa məqam axtarıb.
Xidməti başa vurub üzüağ evinə qayıdan Nihad Teymurzadə halal zəhmətdən yapışıb, cəmiyyətdə üzərinə düşən məsuliyyəti düzgün dərk edib, xalqa, dövlətə sədaqətli xidməti həyat kredosu sayıb. Xeyirxah əməlləri sayəsində insanlarda özünə qarşı dərin məhəbbət, ehtiram hissləri oyada bilib. Düşməndən alacağı öcə də hazır durub, Vətən torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər dəqiqə, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyib.
Damarlarında qeyrət qanı axan, Vətənin hər daşına, qayasına vurğun olan Nihad Teymurzadənin yağıdan qisas alacağı gün 2020-ci ilin sentyabrında yetişib. Könüllü şəkildə başlanan Vətən müharibəsinə qoşulan igid ilk gündən ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə yağıya qan qusdurub. Hər dəfə müharibə meydanında oddan-alovdan keçərək düşmənin çoxsaylı canlı qüvvəsinə, texnikasına böyük itki verməklə yadda qalıb.
21 oktyabrda Xocavəndin Düdüklü kəndinin azadlığı uğrunda şiddətli hücum başlanıb. Nihad kimi ölümə meydan oxuyan qəhrəmanların vurduğu sarsıdıcı zərbələri qarşısında dayana bilməyən düşmən geri çəkildikcə, torpaqlarımız addım-addım işğaldan azad olunub.
Təəssüf ki, Nihadın Vətən eşqli ürəyi də qəfil atılan gülləyə tuş gəlib. Biləsuvar elinin qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medallarla təltif olunub.
Bəli, Vətən torpaqlarının azadlığı naminə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Nihad Teymurzadə torpağa gömülmədi, günəş ömrü yaşamaq üçün milyonların ürəyində özünə yurd-yuva qurdu.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyul 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri