Icma.az
close
up
RU
Vətənin nicatı yolunda şəhid olmuş Nicat

Vətənin nicatı yolunda şəhid olmuş Nicat

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın işğalı ilə bağlı yurd-yuvalarını tərk etməyə məcbur olanlardan biri də 1989-cu il dekabrın 9-da Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olan Nicatgilin ailəsi olub. Atası Aydın Həsənquliyev bir neçə qonşu kimi ailə üzvləri ilə birlikdə İsmayıllı rayonuna sığınıb. Burada onlara göstərilən isti münasibətə görə ailə rayonu özünə ikinci doğma yurd hesab edib. Beləliklə, bələd olmadıqları rayonda onların köçkünlük həyatı başlayıb.

Nicat İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində fəal, güclü idmançı kimi tanınıb. “Vətənin müdafiəsinə hazıram”, “Şahin” hərbi idman oyunlarından və çoxnövçülük üzrə yarışlardan həmişə birinci yeri qazanaraq qələbə ilə dönüb. Fəxri fərmanlarla, diplomlarla mükafatlandırılıb. Ədəbiyyat dərslərində inşa yazmaq tapşırılanda həmişə onun Vətən haqqında yazdığı inşalar fərqlənib və ən gözəl yazı kimi dəyərləndirilib. Hərbi dərslərdə avtomatı elə tez söküb yığırmış ki, müəllimləri onun bu cəldliyinə məəttəl qalırmış.

Hədəfi həmişə ilk atışdan vuran Nicat həqiqi hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət edib və kiçik çavuş rütbəsi alıb. O, manqa komandiri olub. Elə hərbiyə maraq da onu həmin sənətin dalınca aparıb. Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elanı ilə arzusunu həyata keçirmək imkanı əldə edib. Kurslarda iştirak edərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi Beyləqanda “N” saylı hərbi hissənin xüsusi əməliyyat taborunda qulluğa başlayıb.

Kiçik çavuş Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Həsənquliyev oktyabrın 25-də Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

Nicat haqqında sənədlərə, mini filmlərə baxmaq kifayət edir ki, igid şəhidimiz haqqında ətraflı məlumat əldə edək. Atası Aydın Həsənquliyevin kövrək söhbətləri, anası Seyrangül xanımın dik duruşu, qardaşları Təbiyyət və Müşfiqin fəxarət dolu söhbətləri onun haqqında çox mətləblərdən xəbər verir. Öyrənirik ki, döyüşlər vaxtı Nicat imkan tapıb zəng edəndə vaxt azlığından çox danışmırmış, deyirmiş ki, məndən nigaran qalmayın, müharibə bitsin, gəlib çox hadisələr danışacağam.

Atanın üzünə, sanki, qara buludlar çökür, xəyalən həmin günlərə qayıdır: “Deyirdi ki, telefonla mümkün olmur, inşaallah, gələndə danışmağa o qədər söhbət var ki… Onun döyüş yoldaşlarından sağ qalanı da var, yaralanıb qazi olanı da, şəhid olanı da. Allah şəhidlərimizə rəhmət etsin, hələ də müalicə alanlara, reabilitasiya keçənlərə kömək olsun. Yoldaşlarının söhbətlərindən öyrənirik ki, oğlumuz çox cəsarətlə döyüşüb, həmişə fərqlənib. Şəhid valideynlərinə sözüm budur ki, onlar əyilməsinlər, həmişə başıdik gəzsinlər ki, yurdumuzu, el-obamızı mənfur erməni işğalında qalmaqdan xilas ediblər”.

Anası Seyrangül xanım övladlarını necə vətənpərvər böyütdüyündən söz açır. Köçkünlüyün onlarda digər gənclərdən daha çox Vətən sevgisi yaratdığından, doğma yurdlarını azad etmək, ermənidən qisas almaq istəyi ilə müharibə başlayarsa, hamıdan öncə silaha sarılmaq istəklərini xatırlayır.

Nicatın qardaşı Təbiyyət və Müşfiq onunla qürur duyduqlarını deyirlər. Bildirirlər ki, Nicat MAHHXHQ kimi, Beyləqan rayonundakı “N” saylı hərbi hissənin xüsusi əməliyyat taborunun birinci bölüyündə xidmət edib. Müharibə başlayan gündən xüsusi tapşırıqla Füzulidə döyüşə başlayıb. Son döyüşü oktyabrın 25-də Yuxarı Əbdürrəhmanlı kəndində düşmənin mühəndis istehkam baxımından ən əlverişli mövqeyinin azad edilməsi uğrunda olub. Burada çox ağır döyüşlər gedib. Amma necə olur-olsun həmin istehkam düşməndən azad edilməli idi və böyük itkilər verən ordumuz buna nail olub.

Şiddətli döyüşdə şəhid olanlardan biri də Nicat Həsənquliyev olub. Nicatda erməniyə nifrət daha çox idi. Buna səbəb o idi ki, əmisi Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Xalası isə həyətində təndirdə çörək bişirərkən Xocavənd rayonunun Qarakənd kəndindən atılan qrad mərmisi nəticəsində oğlu ilə birlikdə həlak olmuşdular. Onunla əlaqə saxlayanda hərbi məxfilik baxımından heç bir məlumat vermirdi. Amma ölümündən sonra döyüş yoldaşlarından onun qəhrəmanlıqları barədə məlumat aldıq.

Döyüş yoldaşlarının söhbətlərinə görə, o, çox cəsarətlə döyüşüb. Buna səbəb həm də həqiqi hərbi xidmətdə olarkən kəşfiyyat bölüyundə xidmət etməsi olub. O, döyüş taktikasını çox yaxşı bilib. Şəhid olan yoldaşının mövqeyinə keçib döyüşə davam edib. Hər bir düşməni məhv etdikcə əmisinin, xalasının və xalası oğlunun qisasını aldığını düşünüb, daha hiddətlə döyüşə davam edib. Oktyabrın 25-də düşmənin mühəndis istehkam baxımından möhkəmləndirdiyi ən böyük ərazinin– betonluq deyilən yerin azad olunması uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Bir gün sonra, oktyabrın 26-da cənazəsi İsmayıllıya gətirilərək Şəhidlər xiyabanında dəfn olunub.

Nicat ailəli idi. O şəhid olanda 11 aylıq olan oğlu Bakir indi bilir ki, o, bir qəhrəmanın oğludur. İllər keçdikcə o, atasının Vətən uğrunda şəhid olduğunu daha yaxşı anlayacaq. Hələlik anası Aytacın atası haqqında söylədikləri, yadigar qalan şəkilləri ilə ovunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nicat Həsənquliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. İsmayıllıda Nicat Həsənquliyevin adını daşıyan küçə var. Həmin küçədə Nicatın xatirəsinə bulaq inşa edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri