Vətənlərinə qayıtmaq istəyən suriyalılara pul təklif ediləcək MƏBLƏĞ
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyadan vətənlərinə qayıtmağa razılıq verən hər bir suriyalıya min avro ödəmək təklif edilib.
Publika.az xəbər verir ki, təklifi Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının rəhbərinin müavini Yens Şpanbu irəli sürüb.
O, bu barədə Şpan Almaniya televiziyasına müsahibəsində bildirib:
"Təklif verəcəyik. Almaniya hökuməti deyə bilər ki, Suriyaya qayıtmaq istəyən hər kəsi təyyarəyə mindirəcəyik və onlara 1 min avro başlanğıc kapitalı verəcəyik".
O ümid edir ki, Almaniya ən çox suriyalı qaçqını qəbul edən dörd ölkə Avstriya, Türkiyə və İordaniya ilə birlikdə indi tezliklə əlaqə yaradacaq və bəlkə də yazda yenidənqurma və qayıdış konfransı planlaşdıracaq.
Xatırladaq ki, Almaniya, Böyük Britaniya, Çexiya, Danimarka, Norveç, Belçika və Finlandiyanın hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxmayacaqlarını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Dekabr 2024 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















