Vətənpərvər ruhlu gəncliyin yetişdirilməsində təhsil müəssisələri və QHT lərin də üzərinə böyük məsuliyyət düşür
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Slavyan Universitetinin konfrans zalında “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş “Nəsillərin görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, veteranlar və qonaqlar iştirak ediblər.
Tədbirdə Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların inkişafı mövzusunda müzakirələrin aparılmasında ali təhsil müəssisələrinin rolundan söz açıb.
Rektorun məsləhətçisi Ənvər Abbasov dövlətimizin gənclər siyasətindən bəhs edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, vətənpərvər ruhlu gəncliyin yetişdirilməsində ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edənlər ölkəmizin inkişafı və dövlətimizin təhlükəsizliyinin təmin olunmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıya diqqət çəkiblər.
Əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvü Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzularında çıxış ediblər.
Vətən müharibəsinin iştirakçıları, müharibə veteranları Bəhruz İsmayılov və Emin Şirinov isə çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük savaşda göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin bu günə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.
Sonda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi fərmanla təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















