Icma.az
close
up
RU
“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi başa çatıb

“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi başa çatıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihəsi uğurla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iki ay davam edən layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin yeniyetmələr arasında təbliği və ölkənin ərazi bütövlüyü uğrunda döyüşmüş qəhrəmanların gənc nəslə tanıdılması olub. Layihə çərçivəsində Bakıda yerləşən ümumtəhsil məktəblərində və liseylərdə altı maarifləndirici tədbir keçirilib. Tədbirlər 187 və 328 nömrəli tam orta məktəblərdə, 18 nömrəli Peşə liseyində, Xəzər Universitetində və Dünya Məktəbində təşkil olunub. Həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da görüşlər baş tutub.

Bundan əlavə, “Vətən və Zəfər nəğmələri” adlı hərbi marşlar toplusu da nəşrə hazırlanıb. Kitabda I və II Qarabağ müharibələri zamanı ifa edilən, eləcə də digər dövrlərə aid vətənpərvərlik ruhlu marşlara yer verilib.

Layihə rəhbəri Bədirxan Əhmədov tədbirlər zamanı çıxış edərək I Qarabağ müharibəsində jurnalist kimi fəaliyyətindən və əsgərlərin göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, layihənin əhatə etdiyi hədəf qrupları və nəticələri barədə geniş məlumat verib. B.Əhmədov bildirib ki, bu kimi tədbirlərin Azərbaycanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Layihənin yekununda alınan qərara görə, sentyabr ayında Respublika Uşaq Kitabxanasında şagirdlərlə vətənpərvərlik mövzusunda daha bir tədbir təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi I qrant müsabiqəsinin qalibi olub. Təşkilat müsabiqədə “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihə ilə iştirak edib və layihənin icrasına iyunun 1-dən başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri