Veysəloğlu daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Veysəloğlu Şirkətlər Qrupu, Birinci və İkinci Qarabağ Müharibələrində şücaət və qəhrəmanlıq göstərmiş veteran və qazi əməkdaşlarına dəstək olmaq məqsədilə "Sizə Minnətdarıq" layihəsi çərçivəsində silsilə tədbir və seminarların keçirilməsini davam etdirir.
Newscenter.az xəbər verir ki, şirkətdə çalışan 500-dən çox müharibə veteranından 55-i təqdim edilən "Sizə Minnətdarıq" layihəsi çərçivəsində psixoloji dəstəkdən yararlanıb. Bununla yanaşı, müharibədə iştirak edən əməkdaşlara müharibə sonrası psixoloji sindromlarla bağlı peşəkar psixoloqlar tərəfindən "fərqindəlik seminarları" verilir.
"Müharibənin həyatımızdakı izləri" mövzusunda baş tutan seminarlara bu günə kimi şirkətin 229 əməkdaşı qatılıb. Seminarın nəticəsi olaraq, bugünədək onlardan 35 nəfəri psixoloji yardım almaq üçün müraciət edib.
Müraciət edən əməkdaşlar tərəfdaş psixologiya mərkəzinə yönləndirilərək, onların psixoloji diaqnostikası istiqamətində işlərə başlanıb. "Müharibənin həyatımızdakı izləri" adlı silsilə seminarlar davam edir.
Süleyman

Veysəloğlu Azərbaycana daha bir irihəcimli investisiya cəlb etdi FOTOLAR
09 Dekabr 2024 13:00
Veysəloğlu ölkəyə daha bir irihəcmli xarici investisiyanı cəlb etdi
09 Dekabr 2024 13:29
Məşhur şirkət min nəfər əməkdaşını işdən çıxarır
16 Noyabr 2024 09:52
Veysəloğlu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi FOTOLAR
09 Dekabr 2024 13:54
NASA daha yüzlərlə əməkdaşını ixtisar edir
21 Noyabr 2024 09:54

