Icma.az
close
up
RU
“Veysəloğlu Distribusiya” Şuşada möhtəşəm tədbir keçirdi FOTO

“Veysəloğlu Distribusiya” Şuşada möhtəşəm tədbir keçirdi FOTO

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23–24 avqust tarixlərində Şuşa şəhərində “timbildinq” formatında genişmiqyaslı tədbir keçirib.

"Unikal" xəbər verir ki, “Dəyərlərimizin izi ilə” adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub.

23 avqust tarixində səhər saatlarında Şuşaya doğru yola düşən iştirakçılar üçün səfər zamanı interaktiv oyunlar təşkil olunub. Şuşaya çatdıqdan sonra mədəni tur proqramı çərçivəsində Mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasının divarları və Cıdır düzü ziyarət edilib.

Axşam saatlarında keçirilən qala gecəsinin açılışını Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov edib, komandaya öz xoş sözlərini çatdırıb.

Gecədə tanınmış ifaçılar vətənpərvər repertuarla çıxış ediblər. Proqramın ikinci hissəsində “stand-up” ustası Fəqan Məmmədov səhnəyə çıxıb, tədbir DJ performansı ilə başa çatıb. Gecədən sonra iştirakçılar üçün müxtəlif stolüstü və interaktiv oyunlar təşkil olunub.

24 avqust tarixində isə Xankəndi turu çərçivəsində şəhərin müxtəlif tarixi məkanları ziyarət olunub, Qarabağın mədəni irsi və təbiəti ilə yaxından tanışlıq təmin edilib.

İki gün davam edən tədbir rəhbər heyət üçün həm mənəvi, həm də komanda ruhunu gücləndirən önəmli bir platforma kimi yadda qalıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri