Veysəloğlu MMCdən Red Bull brendi adından yayılan saxta məlumatla bağlı rəsmi açıqlama Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Veysəloğlu" MMC distribusiyasını həyata keçirdiyi Red Bull markası ilə bağlı yayılan yanlış məlumatlara dair rəsmi açıqlama yayıb. Şirkət bildirir ki, son dövrlərdə müxtəlif sosial şəbəkələrdə Red Bull brendi adından saxta postlar paylaşılır: "Bu paylaşımlarda Red Bull adından istifadə edərək endirim kampaniyalarının keçirildiyi göstərilir və əsassız foto və videomateriallar təqdim olunur".
Açıqlamada qeyd olunur ki, Red Bull markası ilə bağlı məlumatlar ancaq rəsmi social şəbəkələrdə (https://www.instagram.com/redbullaz/ və https://www.tiktok.com/@redbullaz) və saytda (redbull.az) elan paylaşılır.
Şirkət vətəndaşlardan xahiş edir ki, Red Bull markasına aidiyyəti olmayan səhifələrdə yayılan saxta məlumatlara etibar etməsinlər. Eyni zamanda, belə təxribatlar törədən şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Bu cür elanların düzgünlüyünü yoxlamaq üçün yalnız rəsmi mənbələrə müraciət etmək tövsiyə olunur.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















