Icma.az
close
up
RU
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100 dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi FOTOLAR

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100 dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi FOTOLAR

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib.
Pravda.az xəbər verir ki, Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.


Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb.
 

Tədbirdə Milli Məclisin deputatları: Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.


Çıxışlar zamanı “Zəfər” İB-nin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda bir neçə şəhid anası da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinə həsr edilən tədbir bədii hissə ilə davam edib.


Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onların əməkhaqlarının ailə üzvlərinə ödənilməsi təmin olunur. Hazırda VŞQ-də 639 qazi əməkdaş çalışır, sosial məsuliyyət layihələri çərçivəsində qazilərə psixoloji dəstəyin göstərilməsi və müvafiq təlimlərdə fəal iştirakı təmin edilir, onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər təşkil olunur. Bu tədbir həm müqəddəs Ramazan ayı, həm də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunaraq, şəhid ailələrinə dərin ehtiramın və minnətdarlığın bir ifadəsi olub. Veysəloğlu Şirkətlər Qrupu olaraq, şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq və ailələrinə dəstək olmaq bizim üçün şərəfdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see168

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see129

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see123

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see121

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see115

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see114

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see114

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see113

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see113

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see113

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri