Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən vəkil Cavidan Osmanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinən C.Osmanlıya bir il müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə beş min manat cərimə cəzası verilib.
İttihama görə, C.Osmanlı ölkədə vəzifəsindən azad edilmiş bir qrup şəxslərin etibarından sui-istifadə edərək, onların işə bərpa ediləcəklərini söz verib və ümumilikdə bu şəxslərdən 15 min 400 manat alıb. Şikayətçilərin müraciəti əsasında araşdırmalar aparılıb və C.Osmanlıya cinayət işi başlanılıb.
İş üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, C.Osmanlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub, Bakıdakı vəkil bürolarından birində vəkil kimi fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Oktyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















