Icma.az
close
up
RU
Vəzifəli şəxs qəzada ölmüşdü Ailəsi 1 milyon tələb edir AzPolitika onlayn siyasiictimai qəzet

Vəzifəli şəxs qəzada ölmüşdü Ailəsi 1 milyon tələb edir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü ilə nəticələnmiş ağır yol qəzası ilə bağlı istintaq başa çatıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə Əmanətlərin Sığortalanması Fondunun sabiq şöbə müdiri, həmçinin fondun ləğv prosesində olan bank üzrə Restrukturizasiya İşçi Qrupunun keçmiş rəhbəri 1981-ci il təvəllüdlü Muxtar Muxtarov təqsirləndirilib.

Məlum olub ki, M.Muxtarov çalışdığı quruma məxsus avtomobillə işlə bağlı Bakıdan Gəncəyə yola düşüb. Avtomobildə qurumun şöbələrindən birinin müdir müavini vəzifəsində çalışan Rəşad Həsənov və digər iki vəzifəli şəxs də olub. Onlar Bakı-Qazax yolunun 217-ci kilometrliyində - Ucarın Müsüslü kəndi ərazisində qəzaya düşüblər. Belə ki, Muxtar Muxtarovun idarə etdiyi "Nissan Sunny” markalı xidməti avtomobil "KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan şəxslərdən Rəşad Həsənov vəfat edib. Daha 2 nəfər isə xəsarət alıb.

Uzun vaxt aparan ibtidai və məhkəmə istintaqından sonra Ucar Rayon Məhkəməsi faktla bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilən şəxslə R.Həsənovun ailəsi arasında barışıq əldə edilməyib.

Məhkəmədə bildirilib ki, Rəşad Həsənovun həyat sığortası olduğuna görə qəzadan sonra onun ailəsinə rəsmi olaraq cəmi 282 619 manat sığorta pulu ödənilib.

O da məlum olub ki, Rəşad Həsənovun atası Müzəffər Həsənov Muxtar Muxtarovdan müxtəlif dövlət qurumlarına şikayət edib. O, M.Muxtarovla görüşü zamanı 200 min manat ödəməyəcəyi təqdirdə şikayətçi olacağını bildirib. Mərhumun atası təqsirləndirilən vəzifəli şəxsə məbləğin 80 min manatını nağd, qalan 120 min manatı isə ayda 700 manat olmaqla ödəməyi və bu məqsədlə müqavilə bağlamağı təklif edib: "Lakin mən ona bu qədər vəsaiti ödəmək imkanında olmadığımı bildirdim. Bundan sonra Rəşadın atası hədə və şantajlarını davam etdirərək məni və avtomobildə olmuş digər 2 nəfəri də tutduracağını dedi”.

Məhkəmə prosesində müəyyənləşib ki, M.Həsənov M.Muxtarova qarşı dəymiş maddi-mənəvi zərərə görə 919 min manatlıq mülki iddia qaldırıb.

Ucar Rayon Məhkəməsinin çıxardığı hökmlə Muxtar Muxtarov Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb. Cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

919 min manatlıq mülki iddia isə sənədlərin yetərsizliyi səbəbilə baxılmamış saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri