Icma.az
close
up
RU
Vəziyyət dəyişdi Ukrayna ilə bağlı ziddiyyətli qərar verildi

Vəziyyət dəyişdi Ukrayna ilə bağlı ziddiyyətli qərar verildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ukrayna-xerite-900×600.jpg” alt=”” width=”900″ height=”600″ />

Son zamanlar kollektiv Qərbdə Ukrayna ilə bağlı ciddi mövqe dəyişikliyi müşahidə olunur. Ukraynanın müdafiə naziri Rustem Umerovun son açıqlaması bu kontekstdə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, 2025-ci il Ukrayna üçün hərbi yardım baxımından rekord il olacaq:

“Mühüm nəticələrimiz var. Bu il təhlükəsizlik yardımı əvvəlki müharibə illərini üstələyəcək. Kiyevin müttəfiqləri yeni yardım paketləri elan ediblər. Almaniya əlavə olaraq Kiyevə 5 milyard avro, Belçika 1 milyard avro, Norveç 700 milyon avro, İsveç 440 milyon avro, Hollandiya 400 milyon avro, Kanada isə 45 milyon dollar ayıracaq”.

Xatırladaq ki, son aylar, xüsusilə də Donald Trampın hakimiyyətə qayıdış ehtimalından sonra, Ukraynaya hərbi və maliyyə yardımları demək olar ki, dayandırılmışdı.

Bəs indi nə baş verdi ki, yardım kampaniyası yenidən bu qədər genişmiqyaslı şəkildə aktivləşdi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, ABŞ siyasətində fundamental bir dəyişiklik yoxdur:

Həmçinin oxuyun:

Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan – RƏY

“ABŞ-dan Ukraynaya yardımların artması və ya əlavə dəstəyin verilməsi dedikdə, əslində söhbət əvvəlcədən ayrılmış, lakin bloklanmış vəsaitlərin yenidən aktivləşdirilməsindən gedir. Yeni dəstəkdən çox, əvvəlki yardımın davamından danışmaq olar. Daha çox təşəbbüs isə Avropa ölkələrindən gəlir. Bu da təəccüblü deyil. Almaniya kansleri də açıq şəkildə bildirib ki, Ukraynaya yardım davam edəcək. Hətta bu yardımların bəzilərinin gizli şəkildə həyata keçirildiyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Britaniya və Fransa da prosesdə aktiv iştirak edir. Hətta Avropa ordusunun Ukraynaya göndərilməsi məsələsi gündəmə gəlmişdi, lakin ABŞ bu təşəbbüsə dəstək vermədiyi üçün proses baş tutmadı”.


Turab Rzayev

Politoloqun fikrincə, yardımın həcmi yenə də ciddi nəticə doğuracaq səviyyədə deyil:

“Bu yardımların Ukrayna üçün yetərli olub-olmayacağı böyük sual altındadır. İndiyə qədər ABŞ 60 milyard dollardan danışırdısa, indi ümumilikdə 10 milyarda belə çatmayan dəstək gündəmdədir. Bəli, Ukrayna əlavə silah-sursat və texnika əldə edə biləcək. Amma bunun döyüş meydanında həlledici dönüş yaradacağına inanmaq çətindir. Bu günə qədər verilmiş milyardlarla yardım Rusiya üzərində ciddi üstünlük yaratmayıbsa, indiki məhdud miqyaslı dəstəyin nə dərəcədə effektiv olacağı sual altındadır. Cəbhədə müəyyən balans yaratmaq mümkündür, amma bu məbləğ Ukraynanın qələbəsi üçün yetərli deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri