Icma.az
close
up
RU
Artıq vəziyyət o həddə gəlib çatıb ki, tıxacın olmadığı bir ərazi yoxdur EKSPERT

Artıq vəziyyət o həddə gəlib çatıb ki, tıxacın olmadığı bir ərazi yoxdur EKSPERT

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir. Məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir. “Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, yol infrastrukturu ciddi və ağır məsələdir.

\

"Yeni yol çəkiləcək, alternativ yollar olacaq. Bu, cənab Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramında da öz əksini tapıb. Bu məsələ yaxın vaxtlarda yekunlaşacaqsa, bu zaman biz o istiqamətdə xeyli dəyişikliyin şahidi olacağıq. Hazırda, əlbəttə, bu problem çox ciddi formada narahatlıq yaradır. Hər kəs bundan narazıdır. Artıq tıxacda saatlarla vaxt keçirmək insanları yorub. Buna görə də bir çıxış yolu axtarırlar. Hər kəs çıxış yolu gözləyir. Bu çıxış yolu da alternativ yolun çəkilməsidir. Bununla bağlı ölkə rəhbəri ciddi tapşırıqlar verib. Dövlət proqramı təsdiqləyib. Geridə qalan məsələ odur ki, aidiyyəti qurumlar bu işi səmərəli formada görməlidirlər. Hal-hazırda demək olmaz ki, bu yol 5-10 günə tikiləcək".

Ekspert qeyd etdi ki, bu məsələni tezliklə həll etmək mümkün deyil.

"Amma yaxın 5 il üçün nəzərdə tutulan dövlət proqramının icrası müsbət nəticələr verə biləcək. Bakı-Sumqayıt yolu tıxacdır. Cənub istiqamətindən, Qaradağ tərəfindən şəhərə girişdə də dəhşətli tıxac müşahidə olunur. Artıq vəziyyət o həddə gəlib çatıb ki, tıxacın olmadığı bir ərazi yoxdur. Belə bir ərazi artıq təsəvvürümüzə gəlmir ki, Bakıda tıxac olmayan ərazi varmı? Suala cavab olaraq bildirə bilərik ki, yoxdur. Hər yerdə tıxac var", - deyə E.Muradlı bildirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Mart 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri