Icma.az
close
up
RU
VI Karyera Sərgisi 1500 dən çox gəncə iş və təcrübə imkanı təqdim olundu

VI Karyera Sərgisi 1500 dən çox gəncə iş və təcrübə imkanı təqdim olundu

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 aprel, AZƏRTAC

Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) VI Karyera Sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi universitetin əməkdaşlıq etdiyi və qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub.

Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etməkdən ibarət olub.

Tədbirin açılışında çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova artıq ənənəvi xarakter alan sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. O qeyd edib ki, bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının real tələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşa ünsiyyət imkanı qazanırlar.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, AzMİU-nun inkişafında universitetin partnyor şirkət və təşkilatlarla qurduğu əməkdaşlığın rolu danılmazdır. Rektor universitet adından bu uğurlu əməkdaşlığa verdikləri töhfələrə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib, əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

Universitetin bu il 50 illik yubileyinin qeyd olunacağını söyləyən rektor ali təhsil ocağının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırıb: “AzMİU hər zaman Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursuna sadiq qalaraq ölkəmizin memarlıq, inşaat, şəhərsalma, nəqliyyat, iqtisadiyyat və digər mühüm sahələri üçün yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verir. Universitetimizin bu istiqamətdə atdığı addımlar, o cümlədən maddi-texniki bazanın müasirləşdirilməsi, tədris prosesinə beynəlxalq təcrübənin tətbiqi və rəqəmsal bacarıqların inkişaf etdirilməsi bu missiyanın uğurla reallaşdırılmasına xidmət edir”.

Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev çıxışında bildirib ki, universitetdən hər il 1400-dən çox bakalavr və 400-dən artıq magistr məzun olur. Onlardan 80 faizindən çoxu təhsilini başa vurduğu ildə ixtisasına uyğun sahələrdə işə götürülür. Builki Karyera Sərgisində 40-dan artıq nüfuzlu şirkətin rəhbər heyəti iştirak edir. Bu isə tələbə və məzunlar üçün mövcud vakansiyalar, o cümlədən peşəkar inkişaf imkanları ilə birbaşa tanış olmaq baxımından mühüm fürsət yaradır.

“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “PMD” Projects MMC-nin direktor müavini Ali Altunışık, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev də sərginin gənclərə yaratdığı imkanları yüksək qiymətləndirib, tələbə və məzunları fəal olmağa səsləyiblər.

Sərgidə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla yanaşı, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, Təhsilin İnkişaf Fondu, Təhsil Tələbə Krediti Fondu, Əmlak Məsələləri Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, “Azərişiq” ASC, “Azərsu” ASC, “Baku Design Center” MMC, “Dizayn Buro” MMC, “PMD” Projects MMC, “Azərgold” QSC, “Embawood” MMC, “Holcim”, “PROYAPI”, “Kapital Bank”, “Yelo Bank”, “Beynəlxalq Bank”, “Veysəloğlu” MMC, “AzVirt” MMC, “Metak” və digər tanınmış şirkətlərin təmsilçiləri iştirak ediblər.

Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri mövcud vakansiyalar və təcrübə proqramları barədə geniş informasiya verib, iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. Tələbə və məzunlar onlara təqdim olunan imkanlar barədə ətraflı məlumat alıb, uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

Ümumilikdə, sərgidə 1500-dən çox gəncə iş və təcrübə imkanları təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri