“Viano” və “Vito” modelləri geri çağırılır Texniki nasazlığa görə
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mersedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır. Həmin avtomobillərin 60 mindən çoxu Almaniyadadır.
Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. Belə ki, “airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin mövcud olduğu aşkar edilib.
Şirkət müştərilərin geriçağırılma barədə yazılı şəkildə məlumatlandırılacağını bildirib. Problemin aradan qaldırılması üçün “Mersedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















