Icma.az
close
up
RU
“Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 1 ildə 389 milyon dəfə ziyarət edilib”

“Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 1 ildə 389 milyon dəfə ziyarət edilib”

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam olur. “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri sabiq deputat Elnur Allahverdiyev sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, “Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir:

“Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb.

Artıq 4 ildən çoxdur ki, bizim təşəbbüsümüzlə 2020-ci ilin dekabr ayında yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri platformada uğurla fəaliyyət göstərirlər. Bu zaman kəsiyində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri və coğrafiyası haqqında bəhs edən 6 mindən artıq məqalə Azərbaycan, türk, ingilis, rus, alman və digər dillərdə yaradılıb və zənginləşdirilib. Bununla yanaşı, “Qorqud” Türkiyə, Özbəkistan, Almaniya və Gürcüstanda “viki” qruplarının yaradılmasında da fəal iştirak edib”.

“2022-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Vikipediya açıq ensiklopediyada Azərbaycan həqiqətlərinin təbliği” mövzusunda görüş ən yadda qalan tədbirlərimizdən biri olub. Həmin il “Şuşa İli” çərçivəsində “Qorqud” klubunun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya aid 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərbi xadimləri, ziyalıları və şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib, redaktə edilib, 20-dən çox xarici dilə tərcümə olunub. Eyni zamanda adıçəkilən mövzularda yeni məqalələr yaradılıb. “Qorqud”un layihəsinə Rumıniya, Almaniya, BƏƏ, İsveçdən olan həmvətənlərimiz, eləcə də Özbəkistan və Gürcüstandakı diasporlarımızın fəalları dəstək veriblər.

“Qorqud” klubu Azərbaycan haqqında oxuculara obyektiv və etibarlı məlumatların təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək. Könüllülərimizin bu işdə göstərdikləri böyük həvəs və fədakarlığa görə onlara dərin təşəkkürümü bildirirəm. Onların əzmli fəaliyyəti və bu missiyaya olan sədaqəti böyük hörmətə layiqdir”, – E.Allahverdiyev qeyd edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri