Viktor Osimhen: Sabah ölmək istəmirsənsə, onun barəsində pis söz danışa bilməzsən
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Napoli"nin keçmiş hücumçusu Viktor Osimhen əfsanəvi Dieqo Maradonanın hələ də Neapol futbolu tarixində xüsusi yer tutduğunu etiraf edib. Nigeriyalı oyunçunun sözlərinə görə, Maradonanın klubun tarixinə verdiyi töhfə misilsizdir. Sport24.az xəbər verir ki, hazırda "Qalatasaray"ın formasını geyinən forvard bu barədə "The Touchline" nəşrinə açıqlama verib:
"Sabah ölmək istəmirsənsə, onun barəsində pis söz danışa bilməzsən. Neapolda heç kim Dieqo Maradona haqqında neqativ fikir səsləndirməyə cəsarət etmir.
Beş Çempionlar Liqası və beş liqa çempionluğunu qazansanız belə, vaxtınızı boşa sərf edəcəksiniz - yenə də Napoli azarkeşlərinin qəlbində Maradonanı əvəz edə bilməyəcəksiniz".
Qeyd edək ki, Argentina futbolunun əfsanəsi 1984-1991-ci illər aralığında Neapol klubunun formasını geyinib. O, "Napoli"nin heyətində meydana çıxdığı 188 matçda rəqib qapılarından 81 top keçirib. Maradona bu klubla iki dəfə İtaliya çempionluğunu bayram edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 12 İyul 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















