Vilya onu Messi ilə müqayisə etmək istəmədi: Zəhlətökəndir
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
İspaniya millisinin sabiq hücumçusu David Vilya 17 yaşlı Lamin Yamalı argentinalı Lionel Messi ilə müqayisə etməkdən imtina edib.
Publika.az xəbər verir ki, Vilya bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Mən Lamin Yamalı Messi ilə müqayisə etməyəcəyəm, düşünürəm ki, hər hansı bir oyunçunu Messi ilə müqayisə etmək zəhlətökəndir. Lamin artıq dünya ulduzudur və son iki ildə mühüm nəticələr əldə edib. Mən ona və azarkeşlərə görə çox xoşbəxtəm. Əlbəttə ki, onun üçün sevinməyə haqqım var, amma onu Messi ilə müqayisə etməyə ehtiyac olduğunu düşünmürəm”, – deyə Vilya bildirib.
“Transfermarkt” portalı “Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamalın transfer dəyərini 120 milyon avro olaraq qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Yanvar 2025 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















