Vinçentso Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ üzərində 3:2 hesablı qələbəni vacib hesab edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi oyuna yaxşı hazırlaşdıqlarını deyib:
"98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik".
V.Montella heyətdəki hər bir oyunçuya güvəndiyini bildirib:
"Əslində buna çox inanıram; kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. 1-ci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün xoşbəxt oldum".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 İyun 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















