Icma.az
close
up
RU
Virus da xərçəng yaradırmış

Virus da xərçəng yaradırmış

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Skuamöz hüceyrəli dəri xərçənginin inkişafında əsas amil hüceyrələrdə genetik mutasiyaya səbəb ola bilən ultrabənövşəyi şüalanma hesab olunur. 

Amerikalı onkoloqlar ilk dəfə xərçəngin bu formasının inkişafına insan papillomavirusunun kömək etdiyi bir klinik hadisədən danışıblar.

ABŞ Milli Sağlamlıq İnstitutunun araşdırması göstərib ki, insan papillomavirusunun bir növü olan β-virus skuamöz hüceyrəli dəri xərçənginin inkişafına səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu, xüsusilə xəstənin immun hüceyrələri düzgün işləmədiyi təqdirdə mümkündür.

“The New England Journal of Medicine” jurnalında dərc olunan məqalədə onkoloqlar təkrarlanan skuamöz hüceyrəli dəri xərçənginin müayinəsi və müalicəsi üçün klinikaya gələn 34 yaşlı qadın haqqında danışıblar. 

O, şişi məhv etmək üçün bir neçə əməliyyat və immunoterapiya kursu keçirib, lakin xərçəng təkrar-təkrar geri dönüb. Əvvəlcə həkimlər hesab ediriblər ki, bu, xəstənin immun T-hüceyrələrində olan irsi pozğunluqla bağlıdır və bu, xəsətni ultrabənövşəyi şüalara qarşı həssas edir.

Bunun normal T-hüceyrə funksiyası üçün vacib olan ZAP70 zülalının nadir mutasiyası olduğu kompleks genetik analizdə məlum  olub. Bu səbəbdən də immunitet sistemi çoxalmağa başlayan DNT-yə nüfuz etmiş β-HPV-ni məhv edə bilmədi. Bu, şişin böyüməsini stimullaşdırıb.

Zədələnmiş T hüceyrələrini sağlam olanlarla əvəz etmək üçün kök hüceyrə nəqli tələb edilirdi. Əməliyyat uğurlu keçib, bundan sonra xəstədə üç ildən artıq müddət ərzində təkrarlanan aqressiv skuamöz hüceyrəli dəri xərçəngi olmayıb. Bu, irsi pozğunluğun onun T-hüceyrələrinin β-virusu məhv etməsinə imkan vermədiyini və birbaşa dəri xərçənginə səbəb olduğunu təsdiqləyir.

Tədqiqat müəlliflərinin fikrincə, bu klinik hadisə T-hüceyrələri qüsurlu olan digər insanların da birbaşa β-virusun yaratdığı xərçəngə həssas ola biləcəyini göstərir. Əvvəllər hesab olunurdu ki, digər formalarından fərqli olaraq, β-insan papillomavirusu DNT-yə inteqrasiya edə bilmir. Bununla da onkoloji dəri xəstəliklərinin inkişafına kömək edir.

İnsan papillomavirusu qrupuna beş cinsdən 27 növ və 170-dən çox suş daxildir. Cinsi aktiv qadınların və kişilərin əksəriyyəti həyatları boyu müxtəlif HPV növlərinə yoluxurlar. İnfeksiya gündəlik təmasda, məsələn, əl sıxma zamanı mümkündür: virus insan orqanizminə dəri üzərində sıyrıqlar və cızıqlar vasitəsilə belə daxil olur.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri