Icma.az
close
up
RU
Virus sürətlə yayılır: Türkiyə sərhədinə qədər yaxınlaşdı

Virus sürətlə yayılır: Türkiyə sərhədinə qədər yaxınlaşdı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbi Nil virusunun yayılması davam edir. Türkiyə sərhədinə qədər çatan virus Yunanıstanda səhiyyə orqanlarını həyəcanlandırıb. Ölkədə Qərbi Nil virusuna yoluxma hallarının artması fonunda mütəxəssislər hava şəraitinin ağcaqanadların çoxalmasını asanlaşdırdığını bildirərək vətəndaşları diqqətli olmağa çağırıblar.
Demokrat.az
xəbər verir ki, Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu ilə bağlı narahatlıq artır. Xüsusilə paytaxt Afina və ətraf bölgələrdə yoluxma hallarının çoxalması mütəxəssislərin diqqətini çəkib. Onlar isti hava, yüksək rütubət və durğun suların ağcaqanadların çoxalmasını asanlaşdırdığını vurğulayıblar.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) rəhbəri, pulmonoloq professor Teodoros Vasilakopulos bildirib ki, virus əsasən Afinanın da yerləşdiyi Attika bölgəsi olmaqla ölkənin müxtəlif ərazilərində qeydə alınır.
Vasilakopulosun sözlərinə görə, Qərbi Nil virusu 2010-cu ildən etibarən Yunanıstanda endemik şəkildə yayılır. Ağcaqanadlar virusu əsasən vəhşi quşlardan alaraq insanlara ötürür.
Hava şəraiti virusun yayılmasına təsir edir
Vasilakopulos Attikada yoluxma hallarının artmasına rütubət və durğun sular kimi hava və ətraf mühit amillərinin təsir etdiyini bildirib.
Onun sözlərinə görə, ağcaqanadları tamamilə aradan qaldırmaq mümkün deyil. Ağcaqanadlarla mübarizə üçün istifadə olunan dərmanlar digər canlılara zərər vura biləcəyindən, onların tətbiqi nəzarət altında həyata keçirilir.
Vasilakopulos bildirib ki, hər hansı yoluxma halı aşkarlandıqda müvafiq ərazi dərmanlanır. O, vətəndaşları xüsusilə axşam saatlarında açıq havaya çıxarkən ağcaqanadlara qarşı qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.
Avropada ikinci yerdədir
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, Yunanıstan Qərbi Nil virusuna yoluxma hallarının sayına görə İtaliyadan sonra Avropada ikinci yerdədir.
EODY-nin məlumatlarına əsasən, avqustun 5-nə qədər Yunanıstanda 65 yoluxma halı qeydə alınıb. Onlardan 65 yaşdan yuxarı 6 nəfər həyatını itirib.
Müqayisə üçün, ötən ilin eyni dövründə ölkədə 35 yoluxma halı qeydə alınmışdı. 2025-ci ilin bütöv ili ərzində isə 96 yoluxma və 10 ölüm faktı açıqlanmışdı.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri