Icma.az
close
up
RU
Vitamin və minerallarla ZƏNGİN QİDALAR

Vitamin və minerallarla ZƏNGİN QİDALAR

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Həmin qida məhsullarına super qidalar da deyilir.

Qida Təhlükəsizliyi İnstitutundan xezerxeber.az-a bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakına üstünlük verilməsi sağlamlıq üçün faydalıdır. Tədqiqatlar nəticəsində məlum olub ki, tərkibi antioksidant və flavonoidlərlə zəngin super qidalar ürək-damar və xərçəng xəstəliyinin qarşısını almağa, immun sistemin möhkəmləndirilməsinə, eləcə də iltihabı azaltmağa kömək edir. Həmçinin meyvə-tərəvəzin müntəzəm istehlakı həyat tərzi ilə əlaqədar olan bir çox xəstəliklərin inkişafı riskini aşağı salır. Yüksək qida dəyərinə sahib olduğundan bu tip məhsulların istehlakı üz, dırnaq və saçın sağlamlığının qorunmasında vacibdir. Super qidalar orqanizmin enerji ilə təmin olunmasında, həmçinin sağlam çəkinin qorunub saxlanmasında olduqca faydalıdır.

Mütəxəssislər ən yaxşı super qida məhsullarının gündəlik rasionda mövcud olmasını tövsiyə edirlər:

- Yaşıl yarpaqlı tərəvəzlər. Kələm, ispanaq, brokkoli, çuğundur yarpaqları, collard yarpaqları və digərləri ən çox istehlak olunan super qidalardandır. Həmin qidalar A, C, E, K və B qrup vitaminlərlə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Hətta bəzi kələm növləri (1 stəkan kələm suyu) insanın gündəlik tələbatını 680 faizə ekvivalent olan 550 mikroqram (mkq) K vitamini ilə təmin edir. Kələm və digər yarpaqlı tərəvəzlərin tərkibində lif və su çox olduğundan qəbizlik, həzm sisteminin bir sıra problemlərindən qorunmaq üçün onların müntəzəm istehlakı vacibdir.

- Giləmeyvələr. Çiyələk, böyürtkən, asai, qaragilə, quşüzümü, moruq, gilas, albalı, goji və s. ən yaxşı super qidalar sayılır. Qaragilənin tərkibi lif, manqan və K vitamini, goji giləmeyvəsi isə flavonoid, C və E vitaminləri ilə zəngindir. Həmin giləmeyvələrdən qaraciyər və böyrəklərin sağlamlığının qorunmasında, diabet və yüksək qan təzyiqinə qarşı Şərq təbabətində geniş istifadə olunur. Həmçinin flavonoidlərlə zəngin olması baxımından giləmeyvələr ürək xəstəliklərinə qarşı mübarizədə müsbət təsirə malikdir.

- Üzüm. Qırmızı üzümün qabığında bol olan polifenol tərkibli resveratrol ürək-damar sağlamlığı üçün faydalıdır. Araşdırmalara görə, resveratrol diabetik nefropatiya və retinopatiyanın profilaktikası zamanı çox effektli rol oynayır. Resveratrol Altsheymer xəstəliyi və əhval dəyişkənliyi zamanı, eləcə də qanda qlükozanın miqdarının artmasına da müsbət təsir edir. Qeyd edək ki, üzümün tərkibində olan querçetin flavonoidi ateroskleroz riskini aşağı salan təbii antiiltihab hesab edilir.

- Yumurta. Xolin, selenium, dəmir, fosfor daxil olmaqla bir çox qida maddələri, protein, A və B qrup vitaminlərlə zəngindir. Həmçinin yumurta gözün sağlamlığını qoruyan və görməni yaxşılaşdıran iki güclü antioksidant olan zeaksantin və lutein mənbəyidir. Tərkibində xolesterinin miqdarı yüksək olsa da, həftə ərzində 6-12 yumurtanın istehlakı tövsiyə edilir.

- Paxlalılar. Paxla, soya, mərci, noxud, yerfıstığı və s. müxtəlif qida maddələri ilə çox zəngindir. Qeyd edək ki, həmin qidaların müntəzəm istehlakı sağlam çəkinin qorunub saxlanmasında və doyma hissinin yaranmasında faydalıdır.

- Çərəzlər və toxumlar. Badam, qoz, fındıq, pekan, makadamia və digərləri, eləcə də günəbaxan, balqabaq, çia, kətan toxumu və s. ən çox istehlak edilən super qidalardandır. Çərəz və toxumların tərkibi lif və vegetarian zülallarla zəngindir. Həmin qidalar oksidləşdirici stresdən qoruyan antiiltihab və antioksidant xüsusiyyətə malikdir. Yüksək kaloriyə malik olsa da, çərəz və toxumlar balanslaşdırılmış pəhrizə əlavə edildikdə çəkinin itirilməsində effektivdir.

- Kefir. Tərkibi insan orqanizmi üçün zəruri sayılan zülal, kalsium, kalium, B qrupu vitaminləri və probiotiklərlə zəngin olan kefir fermentativ içkidir. Kefir kimi fermentləşdirilmiş, probiotiklə zəngin digər süd məhsulları da xolesterinin miqdarının azalması, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması zamanı iltihab əleyhinə təsirə və digər bir sıra faydaya malikdir.

- Sarımsaq manqan, C və B6 vitamini, selen və lif mənbəyidir. Xolesterini azaltmaqda, qan təzyiqini nizamlamaqda və immun sistemini möhkəmləndirməkdə çox faydalıdır.

- Qızılbalıq yüksək qida dəyərinə malikdir. Tərkibi faydalı yağlar, zülallar, B vitamini, kalium və seleniumla zəngindir. Həmçinin həmin balıq növü antiiltihab təsirli Omeqa-3 yağ turşularının mənbəyidir. Şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında, eləcə də sağlam çəkinin qorunub saxlanmasında balığın müntəzəm istehlakı tövsiyə olunur. Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, digər balıq növləri kimi qızılbalıq da mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit sayılır və sanitar göstəriciləri pozulduqda insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir.

- Avokado vitamin və minerallar, lif və yağlar da daxil olmaqla bir sıra qida maddələri ilə zəngindir. Doymamış yağ ehtiva etdiyindən avokado xolesterinin səviyyəsini azaltmaqda çox faydalıdır. Həmçinin tərkibində olan oleik turşusu iltihabın azalmasına kömək edən doymamış yağdır.

- Şirin kartof bir çox qida maddələri, eləcə də kalium, lif, A və C vitaminləri ilə zəngin kökümsov bitkidir. Həmçinin antioksidant növü olan karotinoidlərin mənbəyidir. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını yüksəltmir. Hətta 2-ci tip şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini normaya salır.

Həmin qidaları balanslaşdırılmış rasiona əlavə etməklə, sağlamlığı qorumaq, xüsusən də xroniki xəstəliklərin qarşısını almaq olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri