Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 aprel, AZƏRTAC
Papa Fransiskin ölümü ilə dünya İsa Məsihin – Xeyirxah Çobanın ürəyinə sahib bir insanı itirdi.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bildirib.
O qeyd edib ki, vəfat etmiş pontifiklə şəxsən tanış olub və onunla müxtəlif tədbirlər çərçivəsində, o cümlədən Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində dəfələrlə görüşüb.
“Papa Fransisk öz nümunəsi və davranışı ilə yalnız katoliklərin deyil, müxtəlif din və inanclara mənsub bir çox insanların da qəlbini fəth etmişdi”, – deyə prefekt vurğulayıb.
Onun sözlərinə görə, Papa Fransisk bütün insanların bir Yaradanın övladları olduğuna, qaçqınların, miqrantların, evsizlərin və xəstələrin insani şəraitdə yaşamağa layiq olduqlarına inanırdı.
“Qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşadığım və bu ölkədə Katolik Kilsəsini təmsil etdiyim üçün çox qürur duyuram. Burada Konstitusiyaya görə din dövlətdən ayrıdır və hər bir vətəndaşın dini etiqad azadlığı mövcuddur”, – deyə yepiskop vurğulayıb.
V.Fekete, həmçinin Azərbaycandakı dini icmalara davamlı dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 24 Aprel 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















