Icma.az
close
up
RU
Vladimir Kreydenko: Ukrayna üçün WUF13 də iştirakın xüsusi ölçüsü var

Vladimir Kreydenko: Ukrayna üçün WUF13 də iştirakın xüsusi ölçüsü var

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 6 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək On Üçüncü Sessiyası həqiqətən də, qlobal miqyaslı bir hadisədir. 2002-ci ildən bəri Ümumdünya Şəhərsalma Forumu davamlı şəhər inkişafının müzakirəsi üçün əsas beynəlxalq platformadır və onun hər bir sessiyası gələcək illər üçün müzakirələrin tonunu müəyyən edir. WUF13 də istisna olmayacaq.

Bu fikri AZƏRTAC-a Ukrayna Ali Radasının üzvü, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenko bildirib.

“Bu forumun mövzusu – “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” son dərəcə aktualdır. Yaşayış yeri böhranı bu gün planetdə təxminən 3 milyard insanı əhatə edir. Bu mücərrəd statistika deyil – bu, layiqli və təhlükəsiz yaşayış yerinə çıxışı olmayan real ailələrdir. Forum inklüzivlik, iqlimə davamlılıq və infrastruktura bərabər çıxış sahəsində konkret praktiki həllərin axtarışı üçün platforma olacaq.

WUF13-ün hələ 2016-cı ildə Kitoda qəbul edilmiş Yeni şəhər proqramının icrasının aralıq nəticələrinin əlaqələndirilməsi ilə üst-üstə düşməsi də vacibdir. Bu, iştirakçı dövlətlər üçün görülən işləri qiymətləndirmək və kursu tənzimləmək üçün ciddi fürsətdir”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, Ukrayna üçün bu forumda iştirakın xüsusi ölçüsü var.

“Ölkəmiz hazırda dağıdılmış yaşayış binaları və şəhər infrastrukturunun bərpası ilə bağlı misli görünməmiş çətinliklərlə üzləşir. Dağıntılara məcburi reaksiya şəraitində əldə etdiyimiz təcrübə şəhər dayanıqlığı ilə bağlı qlobal müzakirəyə dəyərli töhfə ola bilər. Eyni zamanda, biz özümüz forum iştirakçılarından bərpa işlərində bizə kömək edəcək ən qabaqcıl təcrübə və yanaşmalar əldə etməyə ümid edirik.

Bakı belə bir tədbirin keçirilməsi üçün əla seçimdir. Azərbaycan dinamik şəhər inkişafına malik bir ölkədir. Əminəm ki, Azərbaycan tərəfi forum üçün ən yüksək səviyyədə təşkilatçılığı təmin edəcək. Ali Radanın Azərbaycanla parlamentlərarası əlaqələr üzrə parlament qrupunun həmsədri kimi mənim üçün bu, həm də ölkələrimiz arasında ikitərəfli dialoqu gücləndirmək üçün bir fürsətdir. Bakıda maraqlı və məhsuldar işin aparılacağına ümid edirəm”, - deyə V.Kreydenko əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri