Icma.az
close
up
RU
“Volkswagen” Avropa bazarında “Tesla”nı keçdi

“Volkswagen” Avropa bazarında “Tesla”nı keçdi

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Volkswagen” 2025-ci ilin birinci rübündə Avropa İttifaqında (Aİ) elektrikli avtomobil satışında “Tesla”nı keçib.
Yeniavaz.com
“Business Insider” (BI) nəşrinə istinadla xəbər verir ki, bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb.
Beləliklə, “Tesla” Aİ-də elektrik avtomobil bazarının lideri olmaqdan çıxıb.
2025-ci ilin ilk üç ayında 53 min 237 “Tesla” avtomobili ilə müqayisədə Aİ-də 65 min 679 “Volkswagen” elektrikli avtomobili satılıb.
Alman avtomobil istehsalçısı 2024-cü ilin birinci rübü ilə müqayisədə 157% daha çox elektrikli avtomobil satıb. Eyni zamanda, eyni dövrlə müqayisədə “Tesla”nın satışı 38% azalıb.
“Tesla”nın tənəzzülü Aİ-nin elektrikli avtomobil bazarının zirvəyə çatdığı bir vaxta təsadüf edir. 2025-ci ilin birinci rübü elektrikli avtomobillər üçün rekord olub.
Martda yeni avtomobillərin ümumi satışının 16,9%-ni elektrikli avtomobillər təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 2,7% çoxdur. Artımın əsas səbəbi Böyük Britaniya bazarı olub. Belə ki, burada həcmlər 13% artıb.
Brendlər arasında liderliyini itirməsinə baxmayaraq, “Tesla”nın “Model Y” və “Model 3” avtomobilləri ən çox satılan iki elektrikli avtomobil kimi mövqelərini qoruyub.
Mart ayında “Model Y”nin satışı 43% azalıb, “Model 3”ün satışı isə 1% artıb. “Volkswagen ID.4” isə bu siyahıda üçüncü olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri