Icma.az
close
up
RU
“VOLT Azərbaycan” alıcını aldadır? Göstərilən qiymətlə ödəniş uyğun gəlmir

“VOLT Azərbaycan” alıcını aldadır? Göstərilən qiymətlə ödəniş uyğun gəlmir

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar vətəndaşlar “VOLT Azərbaycan”ın onlayn çatdırılma xidmətindən istifadə zamanı göstərilən qiymətlə ödəniş zamanı çıxan məbləğ arasında ciddi fərqlərin olduğunu bildirirlər.

Gununsesi.info-ya daxil olan məlumatlarda istifadəçilər iddia edirlər ki, ilkin göstərilən məbləğdən əlavə vəsait tutulur və bu, heç bir əsaslandırma olmadan baş verir. Hətta bəzi hallarda kartlarından izahat verilmədən müəyyən məbləğlərin çıxarıldığını deyənlər də var.

Görəsən niyə göstərilən qiymətlə ödənilən məbləğ arasında fərq yaranır?

İstifadəçilərin xəbəri olmadan kartdan vəsaitin çıxılması hansı qanunvericiliyə uyğundur?

Məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Bildirilib ki, istehlakçılarla hesablaşmalar təqdim olunan (tətbiqdə göstərilən) qiymətlərə uyğun şəkildə aparılmalıdır:

“Ödəniş zamanı istehlakçıdan əvvəlcədən göstərilən məbləğdən fərqli vəsaitin tutulması istehlakçının hüquqlarının pozulması, yəni malın (xidmətin) qiyməti barədə istehlakçının aldadılması kimi qiymətləndirilir.

İstehlakçıların bu cür aldadılması hallarına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur.

Qeyd olunan pozuntu halı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan istehlakçı müraciətləri əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür”.

O da əlavə olaraq bildirilib  ki, istehlakçıların razılığı olmadan onların kart hesablarından əlavə vəsaitin çıxılması halları ilə üzləşdikdə, aidiyyəti üzrə (Azərbaycan Respublikasının Mərkəzi Bankı) müraciət etmələri tövsiyə olunur:

“İstehlakçılar mal və xidmətlərin göstərilən qiymətləri ilə faktiki ödəniş zamanı tələb olunan məbləğ arasında uyğunsuzluq halları ilə qarşılaşdıqda, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Agentliyə müraciət edə bilərlər”.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Abbasəli Hüseynov bildirib ki, son dövrlərdə Azərbaycanda və beynəlxalq miqyasda çatdırılma xidmətlərindən – xüsusilə Volt kimi platformalardan istifadə edən alıcılar göstərilən qiymətlə ödəniş zamanı çıxan məbləğ arasında fərq olduğunu qeyd edirlər:

“Bu, ilk baxışda texniki və ya mexaniki bir məsələ kimi görünə bilər. Ancaq marketinq baxımından bu, brendin reputasiyasına və istifadəçi etimadına ciddi zərbədir.

İstifadəçi rəqəmlərlə aldanmaq istəmir. O, “aldadıldım” hissini yaşadığı anda bu, artıq qiymət deyil, etibar problemi olur. Müasir istehlakçı yalnız məhsul və ya xidmət almır – o, təcrübə alır. Bu təcrübə isə mənfi emosiyalarla müşayiət olunursa, rəqiblərin qazanması üçün hazır zəmin yaranır.

İkincisi, bu cür hallarda problem yalnız istifadəçi narazılığı deyil, sosial media effektidir. Sadə bir “story” on minlərlə insanın qərarına təsir edə bilər. PR baxımından bu, domino effekti yarada bilər – bir müştərinin narazılığı yüzlərlə potensial müştərinin seçimini dəyişə bilər.

Brendlər bu kimi hallara qarşı tam şəffaflıqla yanaşmalı, qiymət sistemindəki fərqləri aydın şəkildə izah etməli, texniki məsələləri “bağışlayın” deməklə yox, proaktiv izahlarla həll etməlidirlər.

Unutmaq olmaz: rəqəmlər dəyişə bilər, amma etibar bir dəfə itdi – geri qazanmaq on qat çətin olur”.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see237

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see195

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see149

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see126

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri